“ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi”
13.04.2018 [09:57]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi.
Bu barədə Trend-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu: “Məqsədləri Azərbaycanı tənqid etmək idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladılar və prosesi yüksək qiymətləndirdilər. Lakin ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi”.
B.Quliyev qeyd edib ki, əslində Büronun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdı: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb. Onların Azərbaycana qarşı tutduqları irad nə idi? Guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir təzyiq olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı sırf Azərbaycana qarşı qərəzlə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanan qərəzdir”.
O əlavə edib ki, DTİHB-nin müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib: “Bu onların ilk yanaşmalarında da hiss olunurdu. Onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Onların bu məqsədləri Azərbaycan jurnalistlərinin hesabına aşkarlandı. Məlum oldu ki, onlar hansısa antiazərbaycan qüvvələrin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Buna isə nail ola bilmədilər”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

