/ / Elman Məmmədov: Biz elə ATƏT kimi riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində didərgin düşmüşük
Elman Məmmədov: Biz elə ATƏT kimi riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində didərgin düşmüşük
14.04.2018 [10:26]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı yaydığı bəyanat ictimaiyyət nümayəndələri və jurnalistlərlə yanaşı, 30 ildir ki, öz doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin də kəskin etirazına səbəb olub.
Bu barədə Trend-ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, 1 milyondan artıq azərbaycanlı məhz ATƏT-in səriştəsiz fəaliyyəti nəticəsində bu günə qədər məcburi köçkün vəziyyətindədir: “Biz elə ATƏT kimi ikiüzlü, riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində məcburi köçkün vəziyyətinə düşmüşük. Bu şəxslərin Azərbaycanda prezident seçkilərinə kölgə salması bizim qəzəbimizə səbəb olub. Onların ədalətsiz, ermənilərlə birlikdə fəaliyyət göstərməsi nəticəsində Azərbaycan torpaqları bu günə qədər işğal altındadır. Bu gün biz bu səbəbdən öz yurd-yuvamızdan didərgin vəziyyətində yaşayırıq”.
E.Məmmədov deyib ki, ATƏT DTİHB erməni maliyyəsi ilə qidalanıb, erməni havasına oynayan təşkilatdır: “Onlar öz fəaliyyətlərini əvvəlcə öz qarşılarına qoysunlar, sonra danışsınlar. ATƏT-in nümayəndələrinin Azərbaycana gəlib Azərbaycanda seçki prosesini izləməyə haqqı yoxdur. ATƏT bir beynəlxalq qurum kimi Dağlıq Qarabağ məsələsində özünü Azərbaycanda necə təsdiqləyib? Riyakar, saxta, ikiüzlü, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi”.
O qeyd edib ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 12-də qərəzli bəyanat yaymaqla bütün seçicilərin, Azərbaycan xalqının iradəsinin əleyhinə getdi və bütün Azərbaycan xalqına qarşı hörmətsizlik nümayiş etdirdi: “Azərbaycanda seçkini nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, nə də Avropa Şurası keçirir və həlledici sözə də malik deyillər. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bu prosesdə söz sahibi də Azərbaycan xalqıdır. Azərbaycan xalqı da öz iradəsini ortaya qoydu və seçimini etdi. Azərbaycan xalqı aprelin 11-də inkişafa, sabitliyə, tərəqqiyə, gələcəyinə səs verdi. Azərbaycanda seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar prosesin şəffaf və ədalətli keçirildiyini təsdiqlədi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri Azərbaycana ciblərində hazır protokolla gəlmişdilər. Onlara ağaları hansı göstərişi vermişdisə, həmin göstərişlə də hərəkət etdilər. Ona görə də onların fikri Azərbaycan xalqı üçün kağız parçasından başqa bir şey deyil”.
Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.
Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30

