Türkiyə-Ermənistan sərhədi yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər
29.09.2009 [10:50]
Son günlər Türkiyə ilə Ermənistan arasında paraflanmış sənədlərlə bağlı narahatlıqlar büruzə verilməkdəydi. Təbii ki, qardaş ölkənin Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə diplomatik əlaqələr yaratması, sərhədləri açmaq istəməsi ilə bağlı informasiyaların yayılması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Amma son zamanlarda Türkiyə rəsmilərinin məsələ ilə bağlı verdikləri açıqlamalar ortada olan narahatlığın qalxmasına rəvac verir.
Xatırladaq ki, 1993-cü ildə Türkiyə Respublikası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbinə görə, bu dövlətlə sərhədlərini bağladı. Dövlətlərarası münasibətlər isə müəyyən dövrdən sonra müəyyən güzəştlərlə bərpa olundu. 1994-95-ci illərdə İstanbul və Yerevan arasında hava əlaqəsi quruldu. Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq siyasi əlaqələr qurulmadı. Səbəb Türkiyənin ortaya qoyduğu şərtlər idi. Əslində şərtlər elə də ağır deyildi və reallığı təcəssüm etdirirdi; sadəcə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq və dünyaya car çəkdiyi qondarma “soyqırımı” iddiasından əl çəkməlidir. Amma erməni xisləti bu haqlı şərtlərin həyata keçməsinə imkan vermədi. Ermənistan nə işğal etdiyi torpaqlardan çıxdı, nə də öz yalan iddialarından əl çəkdi. Buna baxmayaraq, bu ilin aprelindən qardaş Türkiyənin Ermənistanla sərhədlərini açacağına dair xəbərlər yayılmağa başladı. Bu isə təbii olaraq həm ölkəmizdə, həm də Türkiyənin özündə haqlı narazılıq və narahatçılıq yaratdı.
Bu narahatlıqlara isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərində son qoyuldu. Bakıda ictimaiyyət qarşısında çıxış edən Baş nazirin “bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!” sözləri həqiqətən də məsələnin məğzi ilə bağlı qaranlıq məqam saxlamadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Baş nazirin bu fikirlərini təqdir etdiyini dilə gətirdi. Prezident xüsusi olaraq vurğuladı ki, məsələ gündəmə gələndən Azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq hissləri var idi: “O hisslərin, yəqin ki, müəyyən təbii səbəbləri də var idi. Ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən üzümü Azərbaycan xalqına tutub bunu demək istəyirəm ki, heç bir şübhə üçün, heç bir başqa fikir üçün, möhtəkirlik üçün yer qalmadı. Türkiyə hökumətinin başçısı, Türkiyə Cümhurbaşqanı dəfələrlə bu məsələyə aydınlıq gətirmişlər və bu gün dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək istəyirəm ki, bunun ən gözəl cavabıdır”.
Sentyabr ayında yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi, birincilərin xarici işlər nazirinin iki müavininin rəsmi Yerevan ilə aparılan danışıqlarda birbaşa yer alması yenidən müəyyən şübhələrin yaranmasına gətirib çıxarır. Təbii ki, artıq müəyyən dərəcədə cəmiyyətə aydın olan danışıqlar prosesində qaranlıq məqamlar da yer alır. Məhz bu qaranlıq məqamlar yenidən Azərbaycan cəmiyyətində narahatlıq yaradır.
Amma Türkiyə tərəfindən səsləndirilən fikirlər yenidən bü şübhələrin aradan qalxmasına yol açır. İstər Baş nazir Ərdoğanın BMT Baş Məclisinin 64-cü sessiyasından əvvəl jurnalistlərə açıqlamasında bildirdiyi fikirlər, istərsə də xarici işlər naziri Əhməd Davudoğlunun fikirləri bir daha sübut edir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında yer alır və Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız və yalnız işğal faktının aradan qaldırılmasının ardından reallaşa bilər.
İki gün öncə Azərbaycanda səfərdə olan, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk rəsmi səfərini Bakıya edən Mehmet Əli Şahin bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə toxunub. TBMM sədri xüsusi olaraq vurğulayıb ki, Türkiyə-Ermənistan sərhədləri bağlanma səbəbi aradan qaldırılmadan açılmayacaq. Bu sərhədlərin bağlanmasının rəsmi səbəbi isə iki məsələ ilə əlaqədardır: qondarma “soyqırımı” iddiası və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi.
M.Ə.Şahin son dövrlərdə istər Türkiyədə, istərsə də Azərbaycanda xüsusi narahatlıqla izlənən prosesi dəyərləndirərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.
Bəli, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsinə daha bir Türkiyə rəsmisindən aydınlıq gətirildi. Hər zaman bütün məsələlərdə bir-birinə dayaq olan, xoş gündə də, ağır gündə də bir-birinə dəstək nümayiş etdirən Azərbaycan və Türkiyə həqiqətən də ayrılmaz qardaş ölkələrdir. Bu qardaşlığın əsasını isə heç bir iqtisadi maraq və ya şəxsi mənafe qoymayıb. Bu qardaşlıq tarixə, yüz, minilliklərə söykənən bir bağlılıqdır. Hələ ötən əsrin əvvəllərində böyük Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir...Əsrin sonunda isə ümummilli lider Heydər Əliyev Türkiyə ilə Azərbaycanı bir millət, iki dövlət adlandırmışdı... Qardaşlığın, birliyin simvolu kimi göstərilən Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də möhkəm dayaqlarla inkişaf edəcəyi hər iki dövlətin, bütün türk millətinin arzusudur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

