Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq
08.05.2018 [16:36]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev” portretinin təqdimat mərasimi keçirilib
Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev” portretinin təqdimat mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm və ictimai xadimlər iştirak ediblər. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin anadan olmasının 95-ci ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, Onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür: “Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Biz Ümummilli lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır”.
Əli Əhmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir: “Bu dövlət nə qədər yaşayacaqsa, hər zaman xalqımız bu dövlətin qurucusunu, Ümummilli liderimiz Heydər Əliyevi yad edəcək, Onun xatirəsini anacaq. Bu artıq Azərbaycanda bir ənənəyə çevrilib və hesab edirəm ki, bu bir dövlətçilik ənənəsidir. Dövlətin yaradıcısına xalqın etimadı Onun şəxsiyyətinə, xatirəsinə olan hörmət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu, xalqın öz dövlətinə olan ehtiramının ifadəsidir”.
Əli Əhmədov deyib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər misallar tapa bilərik: “1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra sanki gözlərimiz qarşısında iki Azərbaycan canlanır. 1969-cu ilə qədərki, özünə inanmayan, ümidsizlik məngənəsində sıxılan və demək olar ki, gələcəyə ümidlərini itirmiş Azərbaycan və 1969-cu ildən sonra Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində tamamilə dəyişən, özünə inamı artan, dinamik inkişaf yoluna çıxan və gələcəyinə inanan Azərbaycan. Tarix Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. Bu iki Azərbaycan bir-birindən yerlə göy qədər fərqlənir. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu öndərin qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi”.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışarkən Baş nazirin müavini deyib ki, respublikamızın bütün guşələrində Ümummilli lider Heydər Əliyevin nişanələri, Onun zəhmətinin bəhrələri görünür. Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”, - deyə o vurğulayıb.
Hər il Ulu öndərin doğum günü ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən bu cür ənənəvi tədbirlərin keçirildiyini xatırladan Baş nazirin müavini bu tədbirin forma etibarilə fərqləndiyini vurğulayıb.
Əli Əhmədov ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu öndərin əsasını qoyduğu siyasətin dayandığını bildirib. O deyib ki, Azərbaycan bu gün Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir. “Ulu öndərin 95 illik yubileyi ərəfəsində qeyd edə bilərik ki, bu 95 ilin 75 ili xalqa xidmətlə keçib. Çünki Heydər Əliyev dünyasını dəyişəndən sonra da Onun ideyaları, əsasını qoyduğu ənənələr, müəyyənləşdirdiyi siyasət Azərbaycan xalqına xidmət edir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları Ümummilli liderə məhəbbətlərini müxtəlif formalarda ifadə edirlər: “Azərbaycan gəncləri Heydər Əliyev ideologiyasını, Onun müəyyənləşdirdiyi yolu mənimsəməklə Ulu öndərin xatirəsinə öz hörmət və ehtiramlarını ifadə edirlər. Sənət adamları, yaradıcı insanlar Ulu öndərlə bağlı sənət əsərləri, tablolar yaratmaqla Heydər Əliyev şəxsiyyətinə öz hörmət və ehtiramlarını ifadə edirlər. Azərbaycanın çox görkəmli sənətkarlarından olan rəssam Sakit Məmmədov tərəfindən yaradılan bu portret Ulu öndər Heydər Əliyevin müdrikliyini, qüdrətini özündə ifadə edir”.
Ulu öndərin mədəniyyət və incəsənətə də böyük qayğı göstərdiyini diqqətə çatdıran YAP Sədrinin müavini deyib ki, Azərbaycanın sənət adamları da Heydər Əliyevə həsr olunmuş əsərlər yaradırlar. Belə möhtəşəm əsərlərdən biri də Azərbaycanın Əməkdar rəssamı Sakit Məmmədovun yaratdığı “Heydər Əliyev” portretidir. Əli Əhmədov qeyd edib ki, bu əsər Ümummilli lider Heydər Əliyevin adına layiq bir əsərdir və möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Tədbirdə daha sonra Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyev çıxış edərək Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Ulu öndər Heydər Əliyevin gənc yaşlarında memar olmaq arzusunda olduğunu deyən R.Əliyev söyləyib ki, tarix elə gətirdi ki, O, görkəmli dövlət xadimi, dahi şəxsiyyət kimi yetişdi: “Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlər 1000 ildə bir dəfə yetişir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Bu dövlət Onun şah əsəridir”.
R.Əliyev bildirib ki, Ulu öndər xalqımız qarşısındakı misilsiz xidmətləri, xilaskarlıq missiyası ilə Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazıb. Onun sözlərinə görə, Heydər Əliyev hələ gənc yaşlarından elmə böyük marağı ilə diqqət çəkən vətənpərvər bir insan idi.
Çəkdiyi “Heydər Əliyev” portreti münasibətilə Sakit Məmmədovu təbrik edən R.Əliyev deyib: “Bu portret isə Heydər Əliyevin daxili aləminin tablosudur. Bu əsərdə rəssam Ulu öndər Heydər Əliyevin daxili aləmini çox böyük ustalıqla ifadə edə bilib. Əsərdə Sakit Məmmədov Azərbaycan xalqının xilaskarını, dövlətimizin qurucusunu çox böyük məharətlə təsvir edib. Bu, tarixi əsərdir. Xalqımız bu əsəri daim qoruyacaq”.
Daha sonra sənətkarlıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış edərək Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə olan qayğısından bəhs edib. O, təqdim olunan portretin rəssam Sakit Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb: “Kompozisiyanın məntiqi və nəzəri mərkəzi olan Ümummilli lider Heydər Əliyevin obrazı əsərin daxili əhval-ruhiyyəsini müəyyən edir. Rəssam əsərdə Ulu öndərin xüsusi ruh yüksəkliyi ilə aram və rahat vəziyyətdə oturuşunu təsvir edib. Bu rahatlıq və əminlik Onun böyük tarixi və fərdi missiyasının parlaq nəticəsidir. Ümummilli liderin müdrik baxışı əsərin mühitinə və tamaşaçısına daxili nikbinlik və qürur bəxş edir”.
Tədbirin sonunda Əməkdar rəssam Sakit Məmmədov çıxış edərək onun hazırladığı əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. “Ümummilli lider Heydər Əliyev hər zaman azərbaycanlı olduğu ilə fəxr edirdi. Mən də fəxr edirəm ki, məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin təmsil etdiyi xalqın nümayəndəsiyəm”, - deyə S.Məmmədov vurğulayıb.
Tədbir bədii hissə ilə işini davam etdirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

