Çörəyi “zülmət”dən çıxan “Milli şura”
05.07.2018 [09:07]
Bu günlərdə davam edən anomal istilərdə elektrik sistemində ifrat yüklənmələr səbəbindən Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində qəza baş verdi. Qəza ilə əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi təminatında fasilə yarandı. Elektrik enerjisinin kəsilməsinin fəsadı kimi metro və dəmir yolunun fəaliyyətində, əhalinin içməli su mənbəyi olan Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsində fasilələr yarandı. Qəzanın aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Əlaqədar qurumların təxirəsalınmaz tədbirlər həyata keçirməsi nəticəsində bir neçə saatdan sonra əhalinin elektrik enerjisi ilə təminatı bərpa olundu.
Bu tip qəzaların dünyanın müxtəlif coğrafiyalarında, inkişaf etmiş bir çox ölkələrdə zaman-zaman baş verən bir hal olduğunu nəzərə alıb, tarixdə və günümüzdə baş verən bu tip qəzalar, bu qəzalar zamanı ölkələrin və cəmiyyətlərin reaksiyası və onların oxşar və fərqli cəhətləri haqqında yazmaq qərarına gəldim.
Ən yeni tarixdə - 1965-ci ildə dünyanın inkişaf etmiş sənayə mərkəzləri olan, nüfuzlu elm və texnikanın inkişaf mərkəzləri kimi tanınan Şimali Amerikanın iki iqtisadi nəhəng ölkəsi olan ABŞ və Kanadada ifrat yüklənmə üzündən elektrik sistemində baş vermiş qəza nəticəsində 30 milyon əhali bir neçə həftə ərzində elektrik enerjisiz və bunun fəsadları kimi həm də susuz qalmışdı.
1978-ci il mart ayında Tailandda elektrik sistemində baş verən qəza 40 milyon insanı fəlakətlə üzbəüz qoymuşdu. Qəza sonrası həmçinin çaylarda suyun səviyyəsinin qalxması baş vermişdi ki, nəticədə ölkənin böyük bir hissəsi suyun altında qalmış, əhali texniki və təbii fəlakətin amansız fəsadları ilə üz-üzə qalmışdı.
2000-ci illərdən sonra isə texnikanın inkişafı, sənayedə və məişətdə, əhalinin istifadə etdiyi texniki vasitələrin artması üzündən dünyada baş verən texniki qəzaların sayında artım müşahidə edilmişdir. 2000-ci il İtaliyada baş verən elektrik qəzası nəticəsində şəbəkələşmiş Avropa elektrik siteminin böyük bir hissəsi sıradan çıxmış, nəticədə Avropanın 5 dövlətində - İtaliya, İsveçrə, Avstriya, Sloveniya, Xorvatiyada sənaye və əlvan metallurgiya müəssisələrinə çoxmilyardlıq ziyan dəymiş, 55 milyon əhali 6 gün işıqsız, susuz vəziyyətdə qalmışdı.
2003-cü il dünyanın ən inkişaf etmiş iki ölkəsi, ABŞ və Kanadada 100-dən çox elektrostansiyanın sıradan çıxdığı, 10 milyon Kanada vətəndaşının, 40 milyon ABŞ vətəndaşının bir həftə işıqsız və deməli, həm də susuz qaldığı hadisə baş vermişdi. Qəza nəticəsində hər iki ölkədə sənaye və maliyyə sistemlərində böyük itkilər olmuş, yalnız ABŞ-ın sənaye müəssisələrinin itkiləri 6 milyard dolları keçmişdi. Əhaliyə və iaşə obyektlərinə dəyən ziyanla bərabər, bu qəza ABŞ dövləti üçün bir həftəyə 11 milyard dollara başa gəlmişdi. Qəza nəticəsində insanlar günlərlə yerin altında qatarlarda, liftlərin şaxtalarında qalmış, əhaliyə dəyən maddi və mənəvi ziyan daha sonra ABŞ dövlətinin “əhaliyə fövqəladə hallar zamanı mənəvi və psixoloji dəstək göstərilməsi” haqqında konsepsiyanı qəbul etməsi ilə nəticələnmişdi.
Daha öncələr bu tip qəzalar Azərbaycanda baş verməsə də, inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr üçün bu hadisələr xarakterik haldır.
Müxtəlif illərdə elektrik sistemində qəzalar, məsələn, 2005-ci ildə İndoneziyada 100 milyon, 2008-ci ildə Braziliya və Paraqvayda ümumilikdə 87 milyon, 2012-ci ildə Hindistanda 620 milyon, 2014-cü ildə Banqladeşdə 150 milyon, 2015-ci ildə Pakistanda 140 milyon insanın günlərlə elektrik enerjisiz və içməli su çatışmazlığı ilə üz-üzə qalmasına səbəb olmuşdur. Göründüyü kimi, dünyanın heç bir ölkəsi bu tip texniki qəzalardan sığortalanmayıb. Dünyanın ən dəqiq hesablamalarının aparıldığı NASA-da da belə kiçik texniki səhvlər üzündən büdcəsi milyardlarla ölçülən kosmik layihələrdə qəzalar baş verir və bunu yerli elm və vətəndaş cəmiyyətləri yerdən kənarda həyatın araşdırılması istiqamətində elmin verdiyi zəkat olaraq qəbul edirlər. Dünyanın müxtəlif ölkələrində, müxtəlif vaxtlarda baş verən elektrik qəzalarının hamısının oxşar və fərqli cəhətləri mövcuddur. Demək olar ki, bu qəzaların baş verdiyi ölkələrin hamısında cəmiyyətlərin bütün təbəqələri hökumətlərlə, aidiyyəti qurumlarla qəzanın fəsadlarının aradan qaldırılması təşəbbüsü ətrafında birləşir, insanlar təhlükəli vəziyyətdə qalanlara könüllü kömək edir, xəstəxanalarda və böhran mərkəzlərində könüllü fəaliyyət göstərir, uşaq və qocalar evlərinə yardımlar edir, qonşuluqda yaşayan tənha və yaşlı qocalara dəstək olurlar.
Adətən xalqların aforizmləri, atalar sözləri onların milli xarakterlərini ifadə edir, adət və ənənələrini özündə əks etdirir. Xalqımızın “Ellə gələn toy-bayramdır” deyimi kimi cəmiyyətimizin müxtəlif qəza, faciə və fəlakətlər sonrası birləşərək problemləri həll etmək üçün səfərbər olmasına çağırış edən müdrik bir məsəli var. Bu, Azərbaycan cəmiyyətini, yəni bizi ifadə edən bir məqamdır. Azərbaycan cəmiyyəti çətin məqamlarda birləşə bilən, qonşusunun xoş və ya pis gününü öz sevinci və ya acısı kimi paylaşan və hörmət edən insanlardan ibarət olan bir cəmiyyətdir.
Biz bu günlərdə sıravi insanların öz hesabına metro çıxışlarında qatardan çıxmış insanlara su paylamasını, qonşularında tənha, yaşlı insanlardan muğayat olan vətəndaşları, xəstəxana və qocalar evinə gedərək yarana biləcək problemlərin həllində təmənnasiz yardımlarını təklif edən insanları qürurla izlədik. Lakin uzun illərdir özünü “cəmiyyətin, vətəndaşın maraqlarının müdafiəçisi” kimi qələmə verən müxalif siyasi qruplar və simalar bu prosesdə cəmiyyətin yanında deyil, əks tərəfdə durdular. Fəlakət dəllalları baş verən qəzanın fəsadlarının üzərində siyasi avantüra qurmağa və sosial mediada dezinformasiya siyasəti yürütməyə ciddi cəhd etdilər.
Qəzanın fəsadları üzərindən ucuz siyasi dividend götürməyə cəhd edənlərin önündə, əlbəttə, “Milli şura”nın sədri və koordinasiya üzvləri yer almışdılar.
Adətən bu qrup Azərbaycanı bütün parametrlər üzrə dünyanın aparıcı ölkələri ilə müqayisə etməyi sevirlər, ancaq nədənsə müqayisələrində ancaq hökumətlərin fəaliyyətini əsas götürürlər, müxalifətin fəaliyyəti haqqında isə susmağı üstün tuturlar. Məsələn, bu günlərdə müqayisə üçün tez-tez müraciət etdikləri Gürcüstanda iki il öncə Kür çayının daşması və sel zamanı əsas müxalif simaların Tiflis şəhərini zibilliklərdən təmizləmək üçün qollarını çirmələdikləri, sel zamanı zooparkdan qaçmış heyvanların əhaliyə zərər verməməsi üçün küçələrdə növbə çəkmələri haqqında susurlar. Gürcüstanda baş verən təbii fəlakət zamanı müxalifət liderləri Cəmil Həsənli, Əli Kərimlidən fərqli olaraq “Facebook”da xalqı iğtişaşa səsləmirdilər, onlar xalqın arasında qəzadan əziyyət çəkən vətəndaşlara dəstək göstərir, fəsadların aradan qaldırılması istiqamətində real işlər görürdülər.
Cəmil Həsənli və onunla eyni sırada dayananlar baş vermiş qəzanın aradan qaldırılması istiqamətində dövlətin səylərini dəstəkləmək, məcazi mənada desək, qaranlığı aydınlatmaq üçün bir şam yandırmaq əvəzinə, əhalini panikaya sürükləmək, baş verənləri siyasiləşdirib dividend əldə etmək yolunu seçdilər. Hansı ki, qəzalardan heç kim və heç bir dövlət sığortalanmayıb. 2014-cü ildə Cəmil Həsənlinin qızı Günel Həsənli 89 yaşlı piyadanı öz maşını ilə əzdiyi zaman yoldaş Həsənli “bu, qəzadır” deyə bar-bar bağırırdı. Deməli, Həsənlinin ailə üzvləri tərəfindən törədilən kobud qayda pozuntusunu qəza adlandıra bilərik, amma iqlim şərtlərinin ucbatından yaranmış texniki nasazlıq səbəbi ilə ölkəmizdə elektrik enerjisinin təminatında fasilələr yaranmasını isə faciə kimi qəbul etməliyik. Bu, Cəmil Həsənlinin növbəti özünüifşası və mənəvi iflasıdır.
Mən Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli kimi qaranlıq düşüncəli insanlara məsləhət görərdim ki, Kulis.azda yayımlanmış bu yazını oxusunlar. http://kulis.lent.az/news/23331. Və görsünlər ki, metroda qaranlıqda qalan insanlarımız necə nümunəvi həmrəylik hissinə sahibdirlər. Sizlərin bədxah təsvirlərinizin əksinə olaraq, bir saat tuneldə qalan yazı müəllifi oradakı insanların davranışlarında ancaq sevgi gördüyünü yazır. Sevgi, şəfqət və həmrəylik...
Artıq sürətli və effektiv müdaxilə nəticəsində problem öz həllini tapıb. Qəzanın baş verdiyi gecə Bakını bürüyən zülmət də geridə qalıb, amma belə anlaşılır ki, Cəmil Həsənlilərin, Əli Kərimlilərin, Gültəkin Hacıbəylilərin düşüncə və fəaliyyətlərindəki zülmət hələ də davam edir və heç bir zaman çəkilməyəcək. Yaxşı ki, Azərbaycan xalqı Cəmil Həsənli kimi zülmət düşüncəli insanlara etimad göstərmir və yaxşı ki, bu kimi insanlarla müqayisə etdiyimiz zaman cəmiyyətimizdə aydın düşüncəli, işıqlı insanlar daha çoxdur.
Yeganə Hacıyeva
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07

