Vüqar Rəhimzadə: İnkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib
02.11.2018 [09:27]
Bu gün dünya miqyasında inkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib. Bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Təbii ki, bu inkişaf beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu günlərdə yayılan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib. Hesabatda ölkəmiz dünyanın ən çox islahat aparan dövləti kimi qeyd edilib. Azərbaycan “Doing Business 2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub, bununla da bir çox ölkələri geridə qoyaraq MDB məkanında lider mövqeyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı şərtləndirən mühüm amillər var. Bu amillərin önündə isə düşünülmüş və gələcəyə hesablanan məqsədyönlü siyasi strategiya dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar nəticəsində “Doing Business 2019” hesabatında ölkəmizin əksər indikatorlar üzrə mövqeyi daha üst səviyyəyə qalxıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı xüsusi olaraq diqqət mərkəzindədir: “Kənd təsərrüfatının inkişafı, sənaye məhəllələrinin və aqroparkların yaradılması, ixrac imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən mühüm tədbirlər ölkəmizin sürətli inkişafını əks etdirən real mənzərədir. “Doing Business 2019” hesabatında deyildiyi kimi, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Bununla yanaşı, Azərbaycan “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək böyük uğur qazanıb. Ümumilikdə hesabatın 10 indikatorundan 8-də mühüm irəliləyiş baş verib”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, hesabatda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Özbəkistan və Tacikistanın geriləməsi, əvəzində isə ölkəmizin daha ön sıralara yüksəlməsi bir daha onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar öz bəhrəsini verir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

