Sofiyada Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib
02.11.2018 [09:38]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryeva ilə görüşüb, həmçinin Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq səviyyəsində olan ikitərəfli əməkdaşlıq münasibətlərinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipinə, eləcə də qarşılıqlı etimad və anlaşmaya əsaslandığını xüsusilə vurğulayıblar.
Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlığın cari vəziyyətini yüksək qiymətləndiriblər, eyni zamanda, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanların mövcud olduğunu ifadə ediblər.
Elmar Məmmədyarov Bolqarıstandan olan həmkarını bu il dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət edib.
İkitərəfli görüşdən sonra hər iki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan və Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
İclasda ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri, o cümlədən ikitərəfli iqtisadi-ticarət münasibətləri, energetika, nəqliyyat, tranzit layihələrinin həyata keçirilməsi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri və bu xüsusda münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqların cari vəziyyəti, Azərbaycan və Bolqarıstanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

