/ / Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni, bütün dünyaya həqiqi vətənpərvərlik nümunəsini miras qoyub
Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni, bütün dünyaya həqiqi vətənpərvərlik nümunəsini miras qoyub
12.12.2018 [10:13]
“Tarixdə bütöv bir dövrün rəmzi olan, arxasınca xalqın getdiyi, sağlığında canlı əfsanəyə çevrilən şəxsiyyətlər az-az yaranır. Heydər Əliyev məhz belə insan idi”. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb: “Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkənin nüfuzunun artırılmasında, Rusiya ilə Azərbaycan arasında bu gün strateji xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafında bu dahi strateqin, istedadlı dövlət xadiminin tarixi rolunun əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Heydər Əliyev Sovet İttifaqı hökumətinin tərkibində işlədiyi dövrdə Rusiya ərazilərinin inkişafına da çox böyük töhfələr verib. Axı, Heydər Əliyev ən mürəkkəb və məsul sahələrə, o cümlədən həmin vəzifəyə gəldiyi dövrdə dərin böhran vəziyyətində olan dəmir yoluna, habelə o dövrün digər ən iri tikintilərinə - Qərbi Sibirdən və Urenqoydan ölkənin Avropa hissəsinə qaz kəmərləri çəkilişinə, məşhur Baykal-Amur Magistralına görə cavabdeh idi. Qaz sənayesinin, elmin, təhsilin, təbabətin inkişafı Onun xüsusi nəzarətində idi. Yeri gəlmişkən, mənim doğma şəhərim Novosibirskdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Elmi-tədqiqat informatika və hesablama texnikası institutu məhz Onun imzaladığı qərar sayəsində yaradılıb”.
Dövlət Dumasının deputatı vurğulayıb ki, Heydər Əliyev son dərəcə savadlı şəxs idi. D.Savelyev deyib: “Məni ən çox heyrətləndirən budur ki, Heydər Əliyev ən yüksək vəzifələrdə çalışanda da həmişə nəyi isə öyrənir, əlavə ali təhsil alırdı, o cümlədən Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Yəni O, sadəcə müdrik rəhbər deyil, həm də tarixin ibrət dərslərindən nəticə çıxarmağı bacaran, son dərəcə savadlı adam idi”.
Deputatın sözlərinə görə, Heydər Əliyevi şəxsən tanıyan adamlar təsdiqləyirlər ki, O, çox təvazökar və ilk növbədə, Özünə qarşı tələbkar adam idi. D.Savelyev sonda deyib: “Fikrimcə, hamı mənimlə razılaşar ki, Heydər Əliyev azərbaycanlılara güclü, firavanlasan bir ölkəni, bütün dünyaya isə həqiqi vətənpərvərlik və Öz ölkəsinə hədsiz sədaqətlə xidmət nümunəsini miras qoyub”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

