/ / Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
20.12.2018 [10:10]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə əsasən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər müzakirə olunub.
Dövlət Neft Fondu tərəfindən Fondun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumata əsasən, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni - 60,0 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcminin 15 450,1 milyon manat, büdcə xərclərinin 11 595,2 milyon manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 milyon manat profisitin yaranması proqnozlaşdırılır.
Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelində xarici valyutalarda ifadə olunan aktivlərin, çəkisi ABŞ dollarında 50 faiz, avroda 35 faiz, İngilis funt-sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.
Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 364,3 milyon manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 milyon manat məbləğində olması proqnozlaşdırılır.
Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verilib.
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə olunub və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin nəzərə alındığı bildirilib.
Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 milyon manat, xərclərinin 11 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab olunaraq, təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

