Anti-azərbaycançı qüvvələrin Mehman Hüseynov “kampaniya”sına növbəti zərbə...
15.01.2019 [10:35]
Mehman Hüseynovla görüşən beynəlxalq diplomatik qurumların nümayəndələri onun aclıq aksiyası keçirmədiyinin, səhhətinin normal olduğunun və qohumları ilə görüşdüyünün bir daha şahidi olublar
Anti-azərbaycançı mərkəzlərin “Mehman Hüseynov şousu” bu dəfə də baş tutmadı. Artıq bir neçə gündür ki, adıçəkilən xarici mərkəzlərin apardıqları çirkin kampaniyanın məqsədi bütün detalları ilə ortaya çıxıb. Belə ki, istər həmin antimilli ünsürlərin apardıqları yalan təbliğat, istərsə də sosial şəbəkələrdə ortaya qoymağa çalışdıqları iddialar fiaskoya uğrayıb.
Xatırladaq ki, 2017-ci ilin martında həbs olunan Mehman Hüseynovun ötən il dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq etməsi ilə bağlı hüquqi prosedur başladılıb. Belə ki, Ə.Abdalova fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirən, xidməti otaqda olan əşyaları dağıdaraq sındıran M.Hüseynovla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi açılıb.
Bundan sonra isə ermənipərəst mərkəzlərin, antimilli ünsürlərin “səyi” ilə guya həbsdə olan Mehman Hüseynovun “aclıq aksiyası” keçirməsi, o cümlədən səhhətində problemlərin yaranması haqqında yalanlar dövriyyəyə buraxılmağa başlanıldı. Hətta məsələ elə təqdim edilirdi ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə bununla bağlı rəsmi məlumat yayaraq Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini və səhhətinin qaydasında olduğunu bildirdi. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapdı.
Bununla belə, yaranan “fürsət”i dəyərləndirməyə çalışan bir qrup antimilli ünsür məsələ ətrafında şou yaratmağa, ölkəmizə qarşı çirkin kampaniyalar aparmağa start verdilər. Hətta tez-tələsik ölkə xaricindəki antimilli mərkəzlər vasitəsilə ermənipərəst şəxslərdən “açıqlamalar” alınır, onların bu məsələdəki “mövqeləri” əks etdirilir, bir sıra “beynəlxalq hüquq müdafiəçiləri”nin məsələyə “müdaxilə”si təşkil edilirdi. Ölkə daxilində isə hər zaman olduğu kimi ermənipərəst mərkəzlərin maliyyəsi ilə “çalışan” radikal müxalif ünsürlər “prosesi dəstəkləməyə” həvəsləndirilmişdilər. Vurğulayaq ki, bu məsələdə xüsusi canfəşanlıq göstərənlərin - AXCP sədri Əli Kərimli, qondarma “Milli şura” rəhbəri Cəmil Həsənli, ermənipərəst Əkrəm Əylisli, onun yandaşı sayılan Rüstəm İbrahimbəyov və digərlərinin siyasi kimliyi onların əsl məqsədlərindən xəbər verirdi. Eləcə də M.Hüseynovun qardaşı, hər zaman ermənilərin əsas “istinad mənbələrindən” sayılan Emin Hüseynov “qardaşını müdafiə” adı altında ölkəmizə qarşı hansısa sanksiyaların tətbiqini belə tələb edirdi.
Amma ermənipərəst qruplaşmanın “arzu”ları bu dəfə də puç oldu. Belə ki, M.Hüseynovu yerli hüquq müdafiəçiləri ziyarət etdilər. Onun heç bir aclıq aksiyası keçirmədiyi, normal qidalandığı, qohumları ilə görüşdüyü, səhhətinin normal olması rəsmi şəkildə öz təsdiqini tapdı. Bundan başqa, baş verənlərlə bağlı KİV-lərə müraciət edən M.Hüseynov qeyd edib ki, onun vəziyyətinin kritik hala düşməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. O, səhhətinin yerində olduğunu və qida qəbul etdiyini bildirib.
Yeri gəlmişkən, əldə olunan məlumatlara görə, yanvarın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının da təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti ilə tanış olub və səhhəti ilə maraqlanıblar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.
Beləliklə, bu fakt anti-azərbaycançı qüvvələrin, radikal ünsürlərin günlərdir ki, apardıqları çirkin yalan kampaniyasının növbəti fiaskosuna çevrildi. Belə demək mümkündürsə, Mehman Hüseynov şousu yaratmağa çalışan və yalan təbliğata “güc verənlərə” növbəti zərbə vuruldu.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39

