/ / Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
15.01.2019 [10:38]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı yanvarın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
Görüş zamanı səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin tarixinin müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini bildirən Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında dönüş nöqtəsi olduğunu və bununla qarşılıqlı əməkdaşlığın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Hazırda bu əməkdaşlığın uğurla davam etdiyini bildirən Komitə sədri Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu mövqeyinin, ölkəmizi beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.
İki il öncə Səudiyyə Ərəbistanı Krallığına səfər etdiyini xatırladan Komitə sədri səfər çərçivəsində ölkələr arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində keçirilən görüşlərin önəminə toxunub.
Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycana səfir təyin edilməsinin onun üçün sevindirici hal olduğunu deyib. Azərbaycanın sürətli inkişafına şahid olduğunu diqqətə çatdıran səfir ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından, nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətini əks etdirdiyini xüsusi vurğulayıb. Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

