Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır

Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır

25.01.2019 [09:48]

Yaxud yanvarın 19-da və 20-də baş verənlər onu deməyə əsas verir ki, radikal ünsürlərin törətdikləri əməllər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca, ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etmək imkanları məhdudlaşdırılmalıdır
Sirr deyil ki, Azərbaycanda radikal müxalifət düşərgəsində cəmləşənlərin daim milli maraqlara zidd mövqe sərgiləmələri, özlərinin korporativ maraqlarını hər şeydən önə çəkmələri cəmiyyətdə onlara qarşı adekvat münasibət formalaşdırıb. Bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə “yox” deyərək özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxardan iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir isə cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Bu baxımdan cari il yanvarın 19 -da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq də istisna deyil. Belə ki, “Məhsul” stadionunda keçirilən mitinq bir daha radikal müxalifət düşərgəsinin zəifliyini və cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir
Əslində, yanvarın 19-da “Məhsul” stadionunda məzhəkə yaşandı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Mitinqdə radikal müxalifət partiyalarının başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Mitinq- şouda tribunalarda 25 ildən çoxdur dəyişməyən eyni simalar göründü, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər səsləndirildi, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı.
Qəribədir, radikal müxalifətin birləşmiş qüvvələrinin “Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Başqa bir məqam da diqqəti çəkir. Belə ki, mitinq yalnız yerli, daxildəki radikal düşərgədə “lövbər” salan qüvvələrin çağırışları ilə başa gəlməmişdi. 19 yanvar ərəfəsində xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər də mitinqə çağırış edirdilər. Beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələrlə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
Radikallar Azərbaycanı hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə sürükləməyə hazırdırlar
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxslərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Digər tərəfdən görünən odur ki, xalq tərəfindən dəstəklənməyən radikal müxalifət müxtəlif təxribatlara əl atır. Belə ki, yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Məlum oldu ki, radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə sürükləməyə hazırdırlar. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Əli Kərimli kimi marginallaşmış şəxslərin siyasətçi obrazına girməsi digər müxalif partiyaların rəhbərləri üçün aşağılayıcı faktordur
Mitinqdə diqqəti çəkən məqamlardan biri də o idi ki, burada Əli Kərimli burnunu dik tutaraq özünü, necə deyərlər, hakimi-mütləq kimi aparırdı. Halbuki onun zaman-zaman sərgilədiyi əməllər hər kəsə yaxşı məlumdur. Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur.
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan qruplar düşmən dəyirmanına su tökürlər
Digər tərəfdən, son vaxtlar Azərbaycanda islahatların dərinləşdiyi, bütün sahələrdə müsbət dəyişikliklərin baş verdiyi hər kəsə bəllidir. Görünür ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycanın idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar.
Eyni zamanda meydana digər bir sual çıxır: Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, bu sualın cavabı da bəllidir. Yəni radikallar xaricdəki ağalarından ölkədə qarşıdurma yaratmaq haqqında tapşırıq alırlar və canla-başla onu icra edirlər. Təbii ki, Azərbaycan cəmiyyəti bunu çox yaxşı bilir. Ümumi mövqe ondan ibarətdir ki, indiki mərhələdə radikalların ölkə daxilində qarşıdurma yaratmaq cəhdlərinin bir adı var: Düşmən dəyirmanına su tökmək.
Beləliklə, bütün bu sadalananlar dağıdıcı ünsürlərlə bağlı reallığı bir daha ortaya qoyur. Eyni zamanda yanvarın 19-da və 20-də baş verənlər onu deməyə əsas verir ki, radikal ünsürlərin törətdikləri əməllər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca, ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etmək imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. O zaman isə sual oluna bilər, hakimityyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər?
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30