/ / Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20.02.2019 [10:06]
Ekspertlər qeyd edirlər ki, məlum hadisədən sui-istifadə edərək təxribatlar törətmək istəyən ermənilər öz məqsədlərinə çata bilmədilər
Məlum olduğu kimi, ötən həftə Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında insident baş verib. Lakin Azərbaycanın və Çeçenistanın rəsmilərinin məsələyə operativ reaksiyası, həmçinin Rusiyada hər iki xalqın nümayəndələrinin bir araya gələrək, dostluq qardaşlıq mesajları verməsi məişət zəminində baş verən xırda insidentdən istifadə edərək iki xalq arasında düşməniçilik toxumu səpmək istəyənlərin arzusunu gözündə qoydu. Xatırladaq ki, hadisədən dərhal sonra AZƏRTAC-a açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz: “Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.
Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan Əli Həsənov deyib ki, Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər: “Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”.
Öz növbəsində məsələyə müünasibət bildirən Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov deyib ki, hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir: “Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacaq. Moskva və başqa yerlərdə kriminal hadisələr baş verən zaman onların məqsədi mənəvi inkişafın, mədəniyyətin nümayişi deyil. Onların məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir.
Çeçen və Azərbaycan xalqları böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçılarıdır. Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib. Hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz. Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir. Biz Ulu öndər Heydər Əliyevin və böyük Əhməd Hacı Kadırovun davamçılarıyıq. Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik. Mən azərbaycanlıları və çeçenləri müqəddəs “Qurani-Kərim”də deyildiyi kimi, məyus olmamağa çağırıram. Bu narazılığın yeganə çıxış yolu qardaşcasına görüşmək, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikalarına sülh arzulayıram”.
Beləliklə, Azərbaycanın və Çeçenistanın rəsmiləri bu insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Eyni zamanda, o da xüsusi olaraq vurğulanıb ki, bu insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva da deyib ki, Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident məişət zəminində yaşanmış adi kriminal hadisədir. Onun sözlərinə görə, tarixən Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələri mövcud olub və bu gün də xalqlarımız arasındakı münasibətlər müsbət xarakteri ilə səciyyələnir. Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir.
“Azərbaycan ilə Rusiyanı, hər şeydən əvvəl, ümumi tarixi keçmiş birləşdirir, iki ölkə bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olub. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən əməkdaşlıq əlaqələri, eyni zamanda, ölkəmizin Şimali Qafqaz respublikaları, eləcə də Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Bu gün, qeyd etdiyimiz kimi, Azərbaycan və çeçen xalqları arasında əlaqələr dostluq və qardaşlıq prinsipinə söykənir. O səbəbdən Rusiyanın paytaxtında məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Ümumiyyətlə, bu cür cəhdlərlə xalqlarımız arasında düşmənçilik yaratmağa çalışmaq səyləri hər zaman iflasa məhkumdur”, - deyə S.Fətəliyeva vurğulayıb.
Millət vəkili onu da deyib ki, biz hadisələrin gedişi zamanı erməni lobbisinin bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olduqlarını, sosial şəbəkələrdə qızışdırıcı, təhrikedici fikirlər paylaşdıqlarını müşahidə etdik: “Sevindiricidir ki, onların bu fitnəkarlığı nəticəsiz qaldı və məişət zəminində baş vermiş bu hadisədən ermənilər öz maraqları üçün faydalana bilmədilər”.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, çeçenlər və azərbaycanlılar dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Onun sözlərinə görə, Azərbaycan və çeçen xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini hər hansı bir vasitə ilə sarsıtmaq mümkün deyil: “Moskvada baş vermiş məlum insident məişət xarakterli idi. Amma maraqlı qüvvələr bu hadisədən istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək üçün cəhdlər etdilər. Daha dəqiq desək, ermənilər sözügedən insidentdən istifadə edərək fərqli mənzərə yaratmağa, bu məişət hadisəsini şişirdərək ona siyasi rəng verməyə çalışırdılar, amma buna nail ola bilmədilər. Yəni onlar növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoydular və əsl simalarını bir daha nümayiş etdirdilər. Nəticə isə budur ki, ermənilər öz məqsədlərinə çata bilmədilər”.
Beləliklə, məlum hadisədən sui-istifadə edərək təxribatlar törətmək istəyən ermənilər öz məqsədlərinə çata bilmədilər. Xüsusi məqam budur ki, bundan sonra azərbaycanlılar və çeçenlər ayıq-sayıq olmalıdırlar, çünki düşmənlərimiz öz çirkin niyyətləri naminə təxribat törətmək və hər cür vasitədən istifadə etmək üçün pusquda durublar. Şübhə yoxdur ki, onlar müxtəlif məsələlərdən manipulyasiya vasitəsi kimi istifadə etməklə bundan sonra da xalqlarımız arasında düşmənçilik toxumu səpmək üçün fürsət axtaracaqlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

