Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
22.02.2019 [09:47]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Əlaqələrin inkişafında yüksək səviyyəli görüşlərin mühüm rolu olduğunu vurğulayan Baş nazir bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladıb. Baş nazir bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrinin, məhkəmə sisteminin və digər sahələrin avtomatlaşdırılması, özünüməşğulluğun daha da inkişaf etdirilməsi üzrə layihələrə, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılır. Bu layihələrin həyata keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib: “Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşıb, 10-a yaxın layihə isə həyata keçirilməkdədir. Hesab edirəm ki, sizin ölkəmizə səfərinizin, keçirilən səmərəli görüşlərin bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti var”.
Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edən Mersi Tembon ölkəmizdə çox qısa müddət ərzində nail olunan inkişafdan məmnunluğunu bildirib. O, bu uğurların əldə olunmasında Azərbaycan dövlətinin və xalqının qətiyyətini xüsusi vurğulayıb və bunu təqdir etdiklərini deyib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə, Azərbaycanda icbari tibbi sığorta sisteminin formalaşdırılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

