/ / ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi Yerevanın bütün iddialarının üzərindən xətt çəkir
ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi Yerevanın bütün iddialarının üzərindən xətt çəkir
12.03.2019 [10:12]
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya uğursuz səfərindən sonra, ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi Yerevanın bütün iddialarının üzərindən xətt çəkir. Hesab edirəm ki, baş verənləri daha dəqiq şəkildə dəyərləndirmək üçün danışıqlar formatının dəyişdirilməsi ilə bağlı ritorikanı iflasa uğradan sonuncu yanaşmadan - ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından əvvəl Avropa İttifaqı rəsmilərinin açıqlamalarına diqqət çəkmək lazımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri ilə görüşündə ərazi bütövlüyünün mühüm amil olduğunu bildirib və qeyd edib ki, Nikol Paşinyan danışıqlarda ilkin şərt olmadan və tam şəkildə iştirak etməlidir.
E.Mirzəbəylinin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə Paşinyanla görüşündə bəyan edib ki, Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz və beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir. Donald Tusk, eyni zamanda, danışıqların formatının dəyişdirilməsinin mümkün olmayacağını Paşinyanın diqqətinə çatdırıb.
Göründüyü kimi Avropa İttifaqı rəsmilərinin açıqlamalarında 3 əsas şərt nəzərə çarpır: Danışıqların formatı dəyişdirilə bilməz; münaqişə ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır; status-kvo dəyişdirilməlidir. Yəni danışıqların süni şəkildə uzadılmasına zəmin yaradan heç bir iddia irəli sürülməməlidir.
O deyib: “Bu şərtlər isə Azərbaycanın mövqeyini demək olar ki, tam şəkildə ifadə edir. Məlum olduğu kimi həmsədrlərin bəyanatında da qeyd olunur ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Eyni zamanda, həmsədrlər bəyan edirlər ki, işğal altında olan ərazilərimizin azad edilməsi və məcburi köçkünlərin öz yurd yerlərinə qayıtması danışıqların əsasını təşkil edir. Həmçinin həmsədrlərin bəyanatında deyilir ki, danışıqların təməlində Helsinki Yekun Aktının prinsipləri dayanmalıdır”.
E.Mirzəbəyli bildirib ki, Helsinki Yekun Aktının prinsipləri isə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı amilini önə çəkir. Bütün bunlar isə sübuta yetirir ki, Ermənistanın əsassız iddialarına qarşı irəli sürülən tələblər həm Avropa İttifaqının, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bütövlükdə beynəlxalq birliyin münaqişənin həllinə vahid yanaşmasıdır.
“Şübhəsiz ki, bu yanaşmanın ortaya çıxmasında Prezident İlham Əliyevin prinsipial və qəti mövqeyi müstəsna rol oynayıb. Ermənistanın indiki şəraitdə danışıqları mövcud şərtlər çərçivəsində davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə Ermənistan mövcud reallıqların doğuracağı diplomatik, iqtisadi-siyasi və hərbi nəticələrlə barışmalı olacaq”, - deyə siyasi ekspert qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10

