/ / Mariya Buriç: Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunu yüksək qiymətləndirir
Mariya Buriç: Xorvatiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunu yüksək qiymətləndirir
30.04.2019 [10:30]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Xorvatiya arasında bütün istiqamətləri əhatə edən çox yaxşı münasibətlərin olduğunu bildirib, bu əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. “Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hesab edirəm ki, əlaqələrimizin bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayıb. Əminəm ki, sizin də Azərbaycana səfəriniz, apardığınız səmərəli danışıqlar əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafı baxımından hökumətlərarası komissiyanın fəaliyyətinin önəmini vurğulayan Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Novruz Məmmədov bildirib ki, Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacaq.
Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Baş nazir deyib ki, xanım Mariya Buriçin ölkəmizə səfəri çərçivəsində növbəti Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi də bu sahədə əlaqələrin inkişafına xidmət edəcək.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki strateji rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirən xanım Mariya Buriç Xorvatiyanın Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Görüşdə informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, idman, gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

