Vüqar Rəhimzadə: Normal düşünən heç bir insan öz xalqına, dövlətinə bu pisliyi, xəyanəti etməz
15.05.2019 [09:49]
“Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisi durmadan artır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq xarici ölkələrdə rəsmi və işgüzar səfərlərdə olur, eyni zamanda xarici ölkələrin dövlət və hökumət başçılarını respublikamızda qəbul edir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur, faydalı əməkdaşlıqlar qurulur və daha da genişləndirilir. Dövlətimizin başçısı xarici səfərlərdə keçirdiyi görüşlər zamanı Azərbaycanın haqlı mövqeyini, həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırır, xalqımızın, dövlətimizin milli maraqlarını müdafiə edir. Məhz bu, Azərbaycanı dünyada güclü, söz sahibi edən əsas amillərdən biridir”. Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi daxili və xarici düşmənlər hər fürsətdə öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar: “Təəssüf ki, milli mənsubiyyəti azərbaycanlı olan belələrinə də rast gəlirik. Xaricdə oturub adını azərbaycanlı qoyan, lakin bu Vətənə layiq olmayan, bu dövlətə ermənidən daha kəskin şəkildə düşmən mövqedə duran belə ünsürlər ermənilərin və ermənipərəst qüvvələrin diktəsi altında hərəkət edirlər. Məqsəd isə birdir: Azərbaycanın nüfuzunu ləkələmək, onu gözdən salmaq, bununla da öz “ağalarının” tapşırıqlarını yerinə yetirmək”.
V.Rəhimzadə əlavə edib ki, bu günlərdə Brüsseldə bir neçə xəyanətkarın aksiya keçirmək cəhdi də ölkəmizə qarşı aparılan çirkin siyasətin növbəti təzahürüdür: “Ermənilərin və ermənipərəst qüvvələrin əlində sadəcə alət, vasitə olan bu kimi antimilli ünsürlər pul qarşılığında Vətəni, torpağı satmağa hazır olan küçə təfəkkürlü canlılardır. Onlar normal insana məxsus şərəf, ləyaqət, heysiyyat və bu kimi digər anlayışlardan məhrumdurlar. Çünki normal düşünən heç bir insan öz xalqına, dövlətinə bu pisliyi, xəyanəti etməz. Göründüyü kimi, onlar üçün pul Vətəndən, şərəf və ləyaqətdən daha üstündür. Hesab edirəm ki, xalqımız bu cür ünsürlərin qiymətini və cavabını çoxdan verib”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

