Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
24.05.2019 [09:47]
Mayın 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan tərəfi dostluq qruplarının qarşılıqlı səfərlərini yüksək qiymətləndirir.
Ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixindən danışan Oqtay Əsədov deyib ki, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb edib. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.
Qeyd olunub ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır.
Azərbaycan təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal neft və qaz kəmərləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısıdır.
Oqtay Əsədov Almaniya Bundestaqında və Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə qrupların fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsindən söz açan parlament sədri bildirib ki, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həlli regionun iqtisadi tərəqqisinə böyük təkan verərdi.
Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars ölkəmizə səfərindən və keçirdikləri görüşlərdən məmnun qaldıqlarını qeyd edib. Bildirib ki, o, ölkəmizdə ilk dəfə 1999-cu ildə olub. Budəfəki səfərində müstəqil Azərbaycanın bölgələrinin və paytaxt Bakının sürətlə inkişaf etdiyini müşahidə edib. Bütün bunlar Azərbaycanın dostu kimi onları da sevindirir.
Yohannes Kars qeyd edib ki, Bundestaqla Milli Məclis arasında əməkdaşlığın genişlənməsi ümumi məqsədlərə xidmət edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün parlament diplomatiyası əhəmiyyətli rol oynayır.
Qonaq Almaniya Bundestaqı sədrinin salamlarını Oqtay Əsədova çatdıraraq, Almaniya parlamentində Azərbaycanın qanunvericilik orqanı ilə əlaqələrin inkişafına böyük maraq olduğunu söyləyib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

