/ / D.Savelyev: Mən fəxr edirəm ki, Fərman Salmanov 60 il bundan əvvəl Sibir torpağının gələcək inkişafının bünövrəsini qurub
D.Savelyev: Mən fəxr edirəm ki, Fərman Salmanov 60 il bundan əvvəl Sibir torpağının gələcək inkişafının bünövrəsini qurub
08.06.2019 [07:27]
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə telefon söhbəti zamanı Surqut şəhər aeroportuna məşhur neftçi Fərman Salmanovun adının verilməsinə görə təşəkkürünü bildirib. Bununla əlaqədar, AZƏRTAC-ın müxbiri Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevlə Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyəti barədə söhbət edib.
- Dmitri İvanoviç, Siz Salmanovun şəxsiyyətinə necə münasibət bəsləyirsiniz?
- Mən əslən sibirli olduğum üçün fəxr edirəm ki, Fərman Salmanov 60 il bundan əvvəl bəzi alimlərin şübhəsinə rəğmən, Yuqrada böyük neft yataqlarını kəşf etməklə Sibir torpağının gələcək inkişafının bünövrəsini qurub. Təsadüfi deyil ki, Surqut sakinləri vaxtilə bu böyük neftçinin yaşadığı evi qayğı ilə qoruyurlar. Salmanovun kəşf etdiyi 130-dan çox neft və qaz yatağı ölkəmizin müasir neft-qaz kompleksinin əsasını təşkil edib. Azərbaycanda doğulmuş Fərman Qurban oğlu həyatının 30 ildən çox hissəsini Sibirə həsr edib. Buna görə də Salmanovun taleyi müəyyən mənada Rusiya-Azərbaycan münasibətlərinin möhkəmliyinin təsdiqi olub. Əlbəttə, Surqut aeroportuna bu neftçinin adının verilməsi həm ölkələrimizin ikitərəfli münasibətlərinin tarixi təməlini xatırladır, həm də bu münasibətlərin gələcək inkişafı üçün xüsusi ab-hava yaradır.
- Siz Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə tərəfdaşlığın bugünkü səviyyəsini necə səciyyələndirərdiniz?
- Bizim əməkdaşlığımız getdikcə daha artıq dərəcədə xammal layihələrlərindən sənaye sahəsində qarşılıqlı fəaliyyətə tərəf inkişaf edir. Xidmətlər, turizm və nəqliyyat kommunikasiyaları sahəsində genişmiqyaslı investisiyalar qarşılıqlı nüfuz edir. Regionlararası kooperasiya şəbəkəsi yaranıb, Azərbaycanın regionları Rusiya Federasiyasının subyektlərini ilə birbaşa sazişlər bağlayır, Rusiyanın 72 regionunu təmsil edən şirkətlər Azərbaycana öz məhsullarını göndərir. Bu il onuncu, yubiley regionlararası forumu keçiriləcək. Bu fakt çox şeydən xəbər verir. Bu gün Azərbaycan Rusiyanın Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşıdır, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi Rusiyanın Gürcüstan və Ermənistan ilə ticarətinin ümumi həcmindən çox olub. Bu göstəriciyə nail olmaq üçün biz gömrük və sərhəd prosedurlarını optimallaşdırmağa yönəlmiş çox iş görmüşük: məsələn, Rusiya ilə Azərbaycanla sərhəddə yüklərin 87 faizi elektron şəkildə sənədləşdirilir.
- Yükdaşımalardan söz düşmüşkən, bu sahədə vəziyyət necədir?
- 2019-cu ilin birinci rübünün yekunlarına əsasən yükdaşımaların həcmi 25 faiz artıb. Kənd təsərrüfatı mövsümünün başlanması ilə əlaqədar aqrar məhsulların satışında xeyli artım var: Azərbaycandan Rusiyaya faraş kartof göndərilir, Rusiyaya Azərbaycandan alma ixracı isə demək olar ki, 35 faiz artıb. Azərbaycanlı istehlakçılara Rusiyadan (xüsusən Stavropol diyarından) taxıl ixracı artıq ənənəyə çevrilib. Bundan əlavə, rusiyalı ixracatçılar “Şimal-Cənub” nəqliyyat dəhlizinin tammiqyaslı işə salınmasını gözləyirlər ki, bu dəhliz vasitəsilə Pakistan, Hindistan və İran bazarlarına buğda nəql edilsin. Bakı-Tbilisi-Qars dəmiryol magistralı ilə Türkiyəyə taxıl daşınması üçün “Azrustrans” Rusiya-Azərbaycan birgə şirkəti yaradılıb. Bu şirkət yeni dəmiryolunun tam həcmdə yüklənməsini təmin edəcək.
- Kütləvi informasiya vasitələrində Bakı-Tbilisi-Qars magistralı barədə məşhur “Şimal-Cənub” layihəsi ilə müqayisədə az söhbət gedir. Sizin fikrinizcə, bu magistralın mahiyyəti nədən ibarətdir?
- Yaxın vaxtlarda açılmış bu magistralı bəzən “Şimal-Qərb” nəqliyyat dəhlizi adlandırırlar. Ümumi uzunluğu 846 kilometr olan bu magistralın 504 kilometri Azərbaycan ərazisindən keçir. Layihəyə əsasən bu marşrutun buraxıcılıq qabiliyyəti ildə 17 milyon ton yük və 3 milyon sərnişin daşımağa imkan verəcək. Rusiya bu dəhliz vasitəsilə buğda ilə bərabər kimya məhsulları və qırıntısı qara metal da daşınmasında maraqlıdır. Yüklərin bir hissəsini daha sonra Türkiyəyə göndərmək nəzərdə tutulur. Hazırda Türkiyə ilə Rusiya arasında yük dövriyyəsinin həcmi ildə 20 milyon tondan çoxdur, lakin mövcud potensial qat-qat yüksəkdir.
- Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında hansı yeni sərnişindaşıma marşrutları açılacaq?
- Bu marşrutlar, ilk növbədə, sərhədyanı regionların əməkdaşlığı və turizm ilə bağlıdır. Ötən il Rusiya Azərbaycana səfər etmiş turistlərin sayına görə birinci yerə çıxıb - 800 mindən çox. Lap yaxın vaxtlarda Mahaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq, cari ilin payızında isə bu şəhərlər arasında gecə ekspressi işə düşəcək. Uzunluğu 2400 kilometrə yaxın olan Tver-Bakı avtobus marşrutunun işə salınması ciddi hadisədir. Bu marşrut Rostovdan, Voronejdən, Tulada və Moskvadan keçir.
Yeri gəlmişkən, turizm barədə. Rusiyalı turistlər Bakı Metropoliteninin vaqonlarının yenilənməsini yəqin ki, müsbət qiymətləndirəcəklər. Moskvadakı “Metrovaqonmaş” zavodu bu ilin sonuna qədər Bakıya 30 metro vaqonu göndərəcək. Bu, Azərbaycan paytaxtı üçün çox vacibdir. Bakı metrosu sutkada 600 mindən çox sərnişin daşıyır. Əlamətdar haldır ki, Bakı metrosunun 25 stansiyasına xidmət göstərən 280 vaqonun hamısı Rusiyada istehsal edilib.
- Rusiyadan olan turistləri bu il yayda Azərbaycanda nə maraqlı yeniliklər gözləyir?
- Azərbaycan genişmiqyaslı mədəni və idman tədbirləri ilə öz qonaqlarını həmişə heyrətləndirməyi bacarır. Axı, respublikadakı siyasi və iqtisadi sabitlik belə tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradır. Birinci Avropa Oyunları, “Eurovision” mahnı müsabiqəsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və Bədii gimnastika üzrə dünya kuboku yarışları hamının yadındadır. 2019-cu ilin yayı da istisna olmayacaq. Formula 1 yürüşləri və UEFA Avropa Liqasının final futbol matçı parlaq səviyyədə keçdi. Yaxın vaxtlarda Bakı Avropa Gənclərinin Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu festivalda Avropanın 50 ölkəsindən 2 mindən çox atlet idmanın 10 növündə yarışacaq, iyulun sonlarında isə Sea Breeze kurortunda sayca dördüncü dəfə beynəlxalq “JARA” Musiqi Festivalı keçiriləcək, bu tədbirdə Rusiya və Azərbaycan şou-biznesinin yüzlərlə ulduzu böyük çimərlik səhnəsində çıxış edəcəklər.
Əlamətdar haldır ki, Rusiyadan Azərbaycana turizm axınının artması respublika ərazisində “Mir” kartlarına xidmət ehtiyacı yaradıb. Hazırda bu proqram razılaşdırılma mərhələsindədir və yaxın vaxtlarda işə salınacaq. Bu, bizim səyahətçilərin Azərbaycanda daha çox qalması, bu ölkənin mətbəxindən, görməli yerlərindən, bənzərsiz qonaqpərvərlik ab-havasından ləzzət alması üçün əlavə imkan yaradacaq. Biz öz cənub qonşumuzu buna görə çox sevirik.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

