Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı təqdim olunub
03.07.2019 [09:40]
İyulun 2-də “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və İnkişaf Proqramının (UNDP) ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən, Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Dövlət Statistika Komitəsi də daxil olmaqla aidiyyəti dövlət orqanlarının təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyəti səmərəli təşkil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr konkretləşdirilib, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər, milli səviyyədə DİM-ə nail olunmasına dair icra və hesabatlıq mexanizmi müəyyənləşdirilib, ölkədə qəbul edilən Dövlət proqramları və strategiyalar DİM ilə uzlaşdırılıb. Sözügedən Fərmandan irəli gələn tapşırıqlar ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılan islahatların başlıca istiqamətləri üzrə təkanverici rol oynayır.
Məlum olduğu kimi, BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd və 169 hədəf üzrə irəliləyişin ölçülməsi milli statistika məlumatlarına əlyetərliliyin təmin olunmasını tələb edir. Bu da öz növbəsində, DİM üzrə göstəricilər barədə keyfiyyətli statistika məlumatlarının vaxtlı-vaxtında təqdim edilməsi sahəsində milli innovativ təşəbbüslərin irəli sürülməsinə zəmin yaradıb. Bu baxımdan DİM üzrə əldə ediləcək nailiyyətlərin mütəmadi izlənilməsi, məlumatların müasir texnoloji vasitələrlə daha effektiv üsullarla kütləvi şəkildə istifadəçilərə çatdırılması informasiya yayımının müasir tələblər səviyyəsində təşkilinə zəmin yaradır. Bu kontekstdə statistik potensialın gücləndirilməsi əsas vəzifələrdəndir. DİM-ə nail olunması ilə əlaqədar statistik məlumatların, habelə ölkə üzrə hazırlanmış hesabatların geniş istifadəçi kütləsinə açıqlanması milli statistik məlumat bazası və internet portalın yaradılmasını qaçılmaz edib. Portalın funksional imkanları bütün maraqlı tərəflər üçün DİM üzrə milli səviyyədə şəffaf monitorinq və qiymətləndirmənin aparılmasına imkan verəcək. Bununla yanaşı, portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayacaq.
Sonra Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yanında Monitorinq və qiymətləndirmə üzrə İşçi qrupun rəhbəri Rasim Səfərov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimatını keçirib.
Azərbaycan və ingilis dillərində olan vahid milli onlayn məlumat mənbəyi DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, regional və beynəlxalq təşkilatların məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradacaq. Portal vasitəsilə hər bir məqsəd, hədəf və onlara dair göstəricilər barədə ətraflı məlumatlara rahat çıxış imkanı təmin ediləcək. Bu informasiya resursundan istifadə etməklə qlobal məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, icra mexanizmləri, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, mühüm tədbirlər, hesabatlar, nəşrlər və elmi tədqiqat işləri ilə mütəmadi tanış olmaq olduqca əlverişlidir.
Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

