Mehman Əliyevə xatırlatma
17.07.2019 [09:34]
Yaxud çap mediasını və onun informasiya cəmiyyətində oynadığı strateji rolu ticarətçi təfəkkürü ilə reklam pulları üzərindən qiymətləndirmək “ictimai tüccarlıq”dır
Mən həmişə millətimin gələcəyi barədə düşünəndə ilk növbədə ərazi bütövlüyümüzün bərpa edilməsini, ikinci növbədə isə ölkəmizdə savadlı və ədalətli cəmiyyətin qurulmasını arzu etmişəm. Birinci məsələ ilə bağlı ümidim həmişə olub. “Aprel döyüşləri”ndən sonra isə ümidim və inamım daha da qətiləşib. Əminəm ki, beynəlxalq şərtlər və tarixi məqam uyğun olan kimi Ali Baş Komandanımızın əmrilə qüdrətli Azərbaycan Ordusu bircə həmlə ilə torpaqlarımızı işğaldan azad edəcək. Çünki bu ordu Mübariz İbrahimovların, Fərid Əhmədovların, Ramil Səfərovların və adını belə bilmədiyimiz yüzlərlə qəhrəman övladlarımızın ordusudur!
Azərbaycan cəmiyyəti kifayət qədər intellektual, öz hüquqlarını qorumağı bacaran, ətraf mühitdə nəyin və nə üçün baş verdiyini dərk edən və ona adekvat münasibət bildirməyi bacaran cəmiyyətdir
Savadlı və ədalətli cəmiyyət qura biləcəyimizə də həmişə inanmışam. Bu gün Azərbaycan cəmiyyəti kifayət qədər intellektual, öz hüquqlarını qorumağı bacaran, ətraf mühitdə nəyin və nə üçün baş verdiyini dərk edən və ona adekvat münasibət bildirməyi bacaran cəmiyyətdir. Əgər belə olmasaydı aid olduğumuz sosial-mədəni və dini-ideoloji məkanda qanlı toqquşmalar və dövlətçiliyin itirilməsi ilə müşahidə olunan qorxunc hadisələri qlobal imperializm və islamafob mərkəzlər Azərbaycana da ixrac edə bilərdilər. Bunu dərk etməyi və idarə olunan xaos sindromuna qarşı sosial immunitet formalaşdırmağı bacaran bir cəmiyyət haqqında nə qədər övgü ilə bəhs etsən azdır. Bax bu cəmiyyət bizim qurduğumuz cəmiyyətdir və onunla fəxr etməyə dəyər. Ancaq təəssüf ki, belə yetkin və savadlı cəmiyyəti xor görən bəzi insanlar da var. Üstəlik həmin insanlar özlərini ictimai fəal fərd, yaxud daha savadlı hesab edərək, hətta cəmiyyətə də yuxarıdan aşağı baxırlar.
Böhran cəmiyyətdə deyil, cəmiyyəti böhranlı hesab edən subyektin idrakında və məntiqindədir
Doğrusu, bəlkə də mən bu yazını yazmayacaqdım. Ancaq Mehman Əliyevin “azpolitika.info” saytına verdiyi müsahibədəki bəzi əsassız fikirlər məni buna vadar etdi. Mehman Əliyev Azərbaycanda cəmiyyət böhranı olduğunu iddia edir və görülən bütün işləri, həyata keçirilən siyasəti, aparılan kompleks islahatları görməzlikdən gəlir. İnkarçılıq mövqeyi tutduğu üçün heç bir hadisəni obyektiv qiymətləndirə bilmir. Belə olanda isə aydın olur ki, böhran cəmiyyətdə deyil, cəmiyyəti böhranlı hesab edən subyektin idrakında və məntiqindədir. Ancaq ölkəmizdə həyata keçirilən kompleks islahatları, xalqımızın rifahı üçün atılan addımları, qəbul edilən strateji qərarları kimin görüb-görməməsindən asılı olmayaraq Azərbaycanda bu işlər görülür, cəmiyyətimizin inkişafına səbəb olur və bu işlər sona qədər də davam etdiriləcək.
O başqa məsələdir ki, Mehman Əliyev görülən işləri inkar etmək üçün məntiqi baxımdan qüsurlu, obyektivlikdən uzaq, ifadə baxımından qeyri-səlis cümlələr qurmaqla, əsilndə fikirlərini də dəqiq izah edə bilmir.
Mehman Əliyev heç bir sahədə diqqətəlayiq və inandırıcı bir fikir irəli sürə bilmir
Məsələn “hakimiyyətin cəmiyyətə münasibətdə güzəştə getməməsi”, yaxud “status-kvonu” saxlamaq istəməsi kimi fikirlər o qədər dumanlı və məntiqsizdir ki, bu cür fikirlərin daşıyıcısı olan bir şəxsin özünü ictimai rəy liderliyinə iddialı görməsi sadəcə təəccüb və təəssüf doğurur. Orta səviyyəli sosioloq, yaxud az-çox ictimai elmlərdən xəbərdar olan adam dərhal başa düşür ki, cəmiyyətdə baş verənləri izah etmək üçün istifadə olunan terminlər də, edilən “təsbit” də yanlışdır. Ancaq buna baxmayaraq Mehman Əliyev daha kobud səhvlərlə dərhal beynəlxalq münasibətləri şərh etməyə başlayır və bəlli olur ki, o elə ictimai elmlərlə siyasi elmləri eyni səviyyədə mənimsəyib, heç bir sahədə diqqətəlayiq və inandırıcı bir fikir irəli sürə bilmir. Avropa Birliyi ilə münasibətlərdən tutmuş kadr məsələlərinə qədər, cəmiyyətin struktur tərkibindən tutmuş instutisional formasına qədər bütün məsələlərdən danışır, əsasız olaraq tənqidlər səsləndirir. Və bəlli olur ki, bunların heç biri haqqında Mehman müəllimin təsəvvürləri tam deyil.
Azərbaycanda azad cəmiyyətin olmadığını iddia edən Mehman Əliyev bir az əvvəlki fikirlərini unudaraq, hətta müsahibənin bir yerində “Mənim 60 yaşım var. Mən ölkə, dövlət və millət üçün baxışlarımda nəzərdə tutduğunuz 30-40 yaşlı uşaqlardan xeyli üstünəm. Çünki mən azadam. Onlar isə mühafizəkardır” deyir. Bununla da özünü təkzib edir və əslində ölkəmizdə azad cəmiyyətin olduğunu etiraf edir. Əks təqdirdə azad olmayan cəmiyyətdə azad insanın olması, yaxud kiminsə özünü azad, digərlərini isə mühafizəkar adlandıra bilməsi mümkün olmazdı. Mehman Əliyev səsləndirdiyi fikirlərdə o qədər qeyri-obyektivliyə yuvarlanır ki, dünyada informasiya savaşı getdiyi, informasiyanın yumşaq güc kimi ciddi strateji silah hesab edildiyi bir vaxtda Azərbaycanda KİVDF-nin ləğv edilməli olduğunu iddia edir. Bunu əsaslandırarkən də gətirə bildiyi yeganə arqument çap mətbuatında reklam dövriyyəsinin aşağı olması olur. Onu da güya Statistika Komitəsinin rəqəmlərinə istinad edərək bildirir. Ancaq heç bir konkret rəqəm göstərə bilmir. Çap mediasını və onun informasiya cəmiyyətində oynadığı strateji rolu ticarətçi təfəkkürü ilə reklam pulları üzərindən qiymətləndirmək “ictimai tüccarlıq”dır. Bir sözlə, uzun müddət Azərbaycanın media məkanında fəaliyyət göstərən Mehman Əliyevin mətbuata bu cür yanaşması ya qərəzli mövqeyindən, ya da məntiqi düşünmə qabiliyyətinin zəifləməsindən irəli gəlir. Heç biri yaxşı hal deyil!
Hikmət Babaoğlu
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

