/ / Vüqar Rəhimzadə: İşğalçı ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir
Vüqar Rəhimzadə: İşğalçı ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir
31.08.2019 [09:52]
Bu gün Cənubi Qafqaz regionunda müşahidə olunan inkişaf meyilləri, baş verən müsbət dəyişikliklər bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizin təşəbbüsü ilə qlobal enerji layihələrinin reallaşdırılması, beynəlxalq yükdaşıma zəncirinin mühüm halqasına çevrilmək istiqamətində atılan addımlar və s. tədbirlər regionun gələcək inkişafına öz mühüm töhfəsini verməkdədir. Lakin illərdir ki, hələ də öz ədalətli həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. Görünür, işğalçı ölkənin yeni rəhbərliyi problemi tezliklə müsbət həll etmək niyyətində deyil. Əksinə, əsl terrorçulara xas olan bəyanatlar verərək özünün təcavüzkar mahiyyətini bir daha dünyaya təqdim edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi sərsəm bəyanatlar bir daha bu ölkənin işğalçılıq niyyətlərinin nə qədər mənfur olduğunu, terroru və şovinizmi dövlət siyasətinə çevirdiyini təsdiqləyir: “Bu günə kimi Ermənistan özünü məzlum, yazıq ölkə kimi təqdim edir, çirkin niyyətlərini beynəlxalq birlikdən gizlətməyə çalışırdı. Artıq Paşinyanın son bəyanatları işğalçı ölkənin yalanlarını ifşa etdi. O, bu cür avantürist bəyanatları ilə tarixi saxtalaşdırır, işğal faktına haqq qazandırır və bu çirkin siyasətin gələcəkdə də davam edəcəyini açıq şəkildə anons edir. Paşinyan belə açıqlamalara görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır və buna görə cavab verməlidir. Çünki onun sərsəm bəyanatları açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə ziddir və terrora yönəlik siyasətin davam etdirilməsidir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu cür bəyanatları cavabsız qoymamalıdırlar: “Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə hələ də göz yumur, bu ölkəyə təzyiq göstərmir. Ermənistan isə özünü cəzasızlıq mühitində daha “sərbəst” hiss edir və özünü ərköyün uşaq kimi aparır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də hər zaman olduğu kimi, yenə də susqunluq nümayiş etdirir, işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu, qətiyyən yolverilməzdir. Paşinyanın belə sərsəm bəyanatları ATƏT-in Minsk qrupunun fəaliyyətinə də bilavasitə kölgə salır, onun səylərini heçə endirir. Bir sözlə, işğalçı ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir”.
Vüqar Rəhimzadə əlavə edib ki, kimin hansı sərsəm bəyanat səsləndirməsindən asılı olmayaraq, Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır, ayrılmaz tərkib hissəsidir. İşğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

