Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi...
05.09.2019 [09:40]
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində “Yarıtmaz fəaliyyətin acı nəticələrini özgələrə yükləmək cəhdi...” başlıqlı yazısı ilə oxuculara müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli oxucular!
Dünən (sentyabrın 3-də - red.) FB səhifəmdə paylaşdığım bir məqalədə 1993-cü ilin yay-payız aylarında Azərbaycanda yaşanmış faktiki hakimiyyətsizliyin doğurduğu acı fəsadlara toxunmuş və bu fəsadları aradan qaldırmaq üçün Ümummilli Lider Heydər Əliyevin həmin vaxt hansı ciddi maneələri dəf etməsindən bəhs etmişdim. Qeyd etmişdim ki, hakimiyyəti və ölkəni məsuliyyətsizcəsinə taleyin hökmünə buraxaraq sabotaj yolunu tutmuş ozamankı AXC-Müsavat hökumətinin bəzi rəhbər şəxsləri öz fəaliyyətsizliklərinin acı nəticələrini illər sonra onların özünü belə fiziki məhvolmadan xilas etmiş şəxsə və komandaya yükləməklə davam etməyə çalışırlar.
Belə şəxslərin əsassız ittihamlarına cavab olaraq yazdığım həmin məqaləni təhlil edən bəzi müxalif bloqçular nədənsə yazıda sadalanmış ciddi faktları və arqumentləri arxa plana ataraq, oxucuların diqqətini 1993-cü ilin avqust ayında keçirilmiş referendum aktı üzərində fokuslamağa, sanki bununla ozamankı məsuliyyətsizliklərinə haqq qazandırmağa çalışırlar.
Bəli, avqustun 29-da referendum aktı olmuşdu və mən o zaman Heydər Əliyevin rəhbəri olduğu YAP-ın fəal üzvlərindən biri olaraq və aktiv vətəndaş mövqeli şəxs kimi, əlbəttə ki, bu proseslərdən xəbərdar idim. Həm də sadəcə xəbərdar deyildim, yaxından müşahidə etmək imkanına malik idim. Referendum aktını zəruri edən səbəblər o zaman kifayət qədər idi. İlk növbədə, Azərbaycanın xariclə əlaqələrini tənzimləmək üçün hüquqi əsas lazım idi. Ozamankı xarici diplomatların ölkədəki faktiki siyasi durumu legitimləşdirmək üçün etdiyi çağırışlar da unudulmayıb. Lakin təəssüflə təkrar xatırlatmağa məcburam ki, Azərbaycanın daha çox xarici diplomatik əlaqələrini tənzimləmək, xarici tərəfdaşlarla danışıqlarda “legitim və faktiki hakimiyyəti olmayan dövlət” imicindən qurtulmaq üçün məcburən gedilmiş referendum ölkə daxilində vəziyyəti tam nəzarətə götürmək üçün yetərli olmamışdı. Çünki bir tərəfdən Əbülfəz Elçibəy təkidlə özünü yeganə seçilmiş prezident elan edir, Ali Sovetin müvafiq qərarını, eləcə də sonradan keçirilmiş referendumun nəticələrini qəbul etmir, digər tərəfdən ona sadiq parlament üzvləri və məmur korpusu Heydər Əliyevə öz parlament sədri səlahiyyətlərini icra etməyə bu və ya digər maneələr yaradır, vəzifələrini dondurur, dövlət idarələrinin işini sabotaj edirdilər. Digər tərəfdən ilin sonuna qədər ölkənin sərhəd bölgələrində separatizm təhlükəsi davam edirdi. Yaranmış hüquqi anlaşılmazlıqları, məmur korpusunun sabotaj cəhdlərini, silahlı qüvvələrin başıpozuqluğunu aradan qaldırmaq üçün tanınmış ziyalıların Kələkiyə etdikləri səfərlər də nəticəsiz başa çatmışdı.
Parlamentdə aparılmış müzakirələrdə silahlı qüvvələrin Heydər Əliyevə deyil, baş nazirə tabe edilməsi haqda anlaşma əldə edilmişdi. Lakin silahlı qüvvələr üzərində nəzarət yalnız baş nazirdə də deyildi, Ələkrəm Hümbətova, Rövşən Cavadova, ayrı-ayrı səhra komandirlərinə tabe olan silahlı birliklər də mövcud idi. Anlaşma da heç bir vahid hüquqi fəaliyyət ehtiva etmirdi, çünki Azərbaycanın o zaman düşdüyü vəziyyətdə hüquqi addımlar atmaq mümkünsüzləşmişdi, bəzən ümumi qənaətlər, parlament tribunasında edilən şifahi çıxışlar hüquqi aktları əvəz edirdi. “Bütün ölkənin reqlamenti pozulub, qanunlar pozulub, bunu siz etmisiz, amma indi siz parlamentdə reqlamentin pozulmasına irad tutursunuz”. “Demblok” deputatlarından birinin dediklərinə verilmiş məlum cavab ozamankı hüquqi anarxiyanın ən gözəl izahı idi. Məqalədə mən həm də ordu olmadan atılması mümkün olan, bəlkə də bir çox hallarda qeyri-mümkün görünən addımlar - hüquqi anarxiya və özbaşınalığın, separatizmin, ölkənin siyasi xəritədən silinmə təhlükəsinin, vətəndaşların fiziki təhlükəsizliyinə olan təhdidlərin, beynəlxalq blokadanın və s. aradan qaldırılmasını sadalamışam.
Lakin hamıya məlumdur ki, əraziləri hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edilmiş başıpozuq hərbi dəstələrlə, vahid nizami ordu olmadan qorumaq mümkün deyildi. Yalnız Heydər Əliyev oktyabrda prezident seçildikdən, hüquqi anlaşılmazlıqlar və silahlı qarşıdurmalar nisbətən ardan qalxdıqdan sonra ölkədə ciddi ordu quruculuğuna başlanması mümkün oldu ki, bu haqda da məqalədə qeyd edilib. Həmin mərhələnin başlanğıcı dövlət başçısı Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. 2 noyabr 1993-cü il tarixli müraciət təkcə hərb quruculuğu deyil, həm də Azərbaycanın dövlət quruculuğu sahəsində tarixi əhəmiyyət daşıyan proqram səciyyəli çıxış idi.
Mən dünənki məqaləmdə məhz bu reallığı anlatmağa cəhd etmişəm...”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

