/ / AŞPA-nın komitə iclasında Milli Məclisin deputatı Sahibə Qafarovanın müəllifi olduğu məruzənin müzakirəsi keçirilib
AŞPA-nın komitə iclasında Milli Məclisin deputatı Sahibə Qafarovanın müəllifi olduğu məruzənin müzakirəsi keçirilib
10.09.2019 [09:32]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olub. Paris şəhərində keçirilən toplantıda Sahibə Qafarovanın müəllifi olduğu “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda məruzə ətrafında dinləmələr keçirilib.
Sahibə Qafarova məruzə barədə məlumat verərək deyib ki, qəyyumluq vəzifələri müxtəlif fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Onun sözlərinə görə, qəyyumlara verilən tapşırıqlar ölkəyə görə dəyişir: “Ümumi problemlərdən biri qəyyumların təyin edilməsinin gecikməsidir. Kadr və struktur avadanlığı çatışmazlığı gecikmə hallarını artırır. Bəzən qəyyumların təyin edilməsində gecikmələr bir ilədək davam edə bilir ki, bu da yetkinlik yaşına çatmayanları insan alveri və zorakılıq təhlükəsi qarşısında qoyur. Mövcud beynəlxalq standartlara baxmayaraq, qəyyumluq sistemlərinin müstəqilliyi və qərəzsizliyi həmişə milli səviyyədə təmin edilmir. Avropada qəyyumluq praktikası bu istiqamətdə hamı tərəfindən qəbul olunmuş keyfiyyət standartlarının olmadığını göstərdi. Qəyyumlar bəzən yüzdən çox uşağın məsuliyyətini daşıyırlar. Çox az AŞ-yə üzv dövlət qəyyumlar üçün təlim verir”.
Sahibə Qafarova vurğulayıb ki, digər bir problem qəyyumların işinə nəzarətin yetəri səviyyədə olmamasıdır. “Qəyyumların işinə nəzarət də bütün AŞ-yə üzv dövlətlərdə təmin olunmur. Bu təmin edildikdə isə uşaqların fikirləri nəzərə alınmır. Çatışmazlıqların biri də yetkinlik yaşına çatmayan uşaqların təminatı ilə bağlıdır. Qəyyumluq sistemlərindəki bütün bu fərqlər Avropada qəyyumluğa vahid bir yanaşmanın vacib olduğunu göstərir”, - deyən Milli Məclisin deputatı müşayiət olunmayan və miqrant uşaqların hüquqlarının müdafiəsini gücləndirmək üçün həll yollarından da danışıb. Onun sözlərinə görə, effektiv həll yollarından biri Avropada uyğun və effektiv qəyyumluq sistemini inkişaf etdirməkdir. Bununla belə, sistemin tətbiqini müşahidə etmək üçün Avropa Şurasının müvafiq ekspertlər komitəsinin səlahiyyətlərini genişləndirmək vacibdir: “Bu, üzv dövlətlərə təlimatları tətbiq etməyə, ən yaxşı təcrübələri bölüşməyə, milli qəyyumluq sistemlərini gücləndirməyə və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək”.
Qeyd edək ki, kifayət qədər aktif keçən müzakirələrdə Sahibə Qafarova parlamentari və ekspertlərin suallarını cavablandırıb. Müzakirələrdə Fransadan proqram direktoru Serge Durand, Hollandiyadan layihə meneceri Liedeviy de Ruiyter de Vildt Nidos, hüquqşünas, koordinator Natalie Lequeux və digərləri çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

