Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur
26.09.2019 [10:01]
Azərbaycan xalqı ötən müddət ərzində qazanılan uğurları yüksək dəyərləndirir
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Öz növbəsində Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib. Onun sözlərinə görə, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb”.
C.Paşazadə qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyat şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb. Eyni zamanda, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və qəbul edilmiş dördüncü Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir.
“Bütün bunlar isə, şübhəsiz ki, ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını göstərir. Bunlara paralel olaraq əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub, insanların həyat şəraitinin yaxşılaşdırılması - rifah halının yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Sabitliyin və təhlükəsizliyin təmin edildiyi Azərbaycanda insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması istiqamətində görülən tədbirlər də səmərəli nəticələr verib. Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir”, - deyə millət vəkili vurğulayıb.
“Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan regionda güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Ölkə rəhbərinin müdrik siyasəti və qətiyyətinin nəticəsi olaraq Azərbaycan ildən-ilə yeni qələbələrə doğru inamla irəliləyir. Zəfərə gedən yolda heç bir qüvvə Azərbaycan xalqına və onun liderinə mane olmaq iqtidarında deyil”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Millət vəkili dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda köklü islahatların həyata keçirildiyini, dövlət proqramlarının qəbul edildiyini, mühüm layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirib ki, görülən işlər nəticəsində regionların sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılıb, yeni iş yerləri açılıb, ümumi daxili məhsulun həcmi artıb. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran ölkəyə çevrilib, neft sektorunun inkişafından qeyri-neft sektorunun inkişafına əsl keçid mərhələsi başlayıb. İnsanların maddi rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Qısa zaman kəsiyində ölkədə əməkhaqları, pensiyalar iki dəfə artırılıb. Pensiyaların minimum həddi 200 manata, əməkhaqlarının minimum həddi 250 manata qaldırılıb, sosial müavinətlər, təqaüdlər artırılıb, problemli kredit məsələsi öz həllini tapıb, şəhid ailələrinə müavinətlər ödənilib. Ümumilikdə, ölkə başçısının sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xalqın dəstəyinə arxalanan Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
K.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

