/ / “Milli şura”nın əsas məqsədi qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”
“Milli şura”nın əsas məqsədi qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”
10.10.2019 [09:43]
“Milli şura” adlandırılan marginal qruplaşmanın oktyabrın 8-də təşkil etdiyi icazəli piket bir daha onu göstərdi ki, bunlar qanunlar çərçivəsində davranış nümayiş etdirərək sivil formada öz ismarıclarını və etirazlarını çatdırmağı bacarmırlar”. Məsələyə münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib ki, onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır: “Biz demokratik cəmiyyətdə yaşayırıq. Demokratik cəmiyyətin əsas qaydalarından biri müxtəlif qrupların, qruplaşmaların bu və ya digər formada problemli hesab etdiyi məsələlərlə bağlı fikir bildirmələrinin təmin olunmasıdır. Azərbaycan da demokratik, hüquqi dövlətdir. Vətəndaşların bu müraciətlərini düzgün qiymətləndirərək onların ifadə azadlığını təmin edir. Çox təəssüf ki, oktyabrın 8-də keçirilən piket bir daha göstərdi ki, onların məqsədi, sadəcə, piket təşkil edərək hansısa məsələ ilə bağlı hakimiyyətə və cəmiyyətə mesaj vermək deyil. Onların əsas məqsədi təxribat törədərək qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”.
Millət vəkilinin fikrincə, bu, normal bir hal deyil. Çünki əvvəlcədən razılaşdırılmış qaydada 50 nəfər əvəzinə, daha çox vətəndaşın bu prosesə qoşulması diqqəti çəkdi: “Onlar piket üçün ayrılan yerdə deyil, məktəblərin və şəhər nəqliyyatının sıx olduğu istiqamətlərdə “piketi müşahidə edənlər” adı ilə toplaşmağa başladılar. Bunun özü təxribat idi. Çünki dünyanın heç bir yerində piket keçirənlər üçün ayrıca, xüsusi statusda “piket keçirənləri müşahidə edənlər” olmur. Görürsünüzmü, burada da radikal qruplaşma manipulyasiya etməyə cəhd göstərdi. Görünür, onların məqsədi nəyəsə etiraz bildirmək deyil, haradansa aldıqları tapşırıqları həyata keçirmək idi. Bununla da bir sıra Avropa qurumlarına Azərbaycanın mənfi obrazını təqdim etmək üçün əsas versinlər. Ona görə də hesab edirəm ki, məlum piketin təşkilatçıları bir daha öz iç üzlərini ortaya qoydular. Özlərini “Milli şura” adlandıran qruplaşmanın əslində radikal qruplaşma olduğu sübuta yetdi. Onsuz da bu vaxta qədər ölkə ictimaiyyətinin öndə olan simaları onları radikal qurum adlandırırdılar. Oktyabrın 8-də keçirilən aksiyaya Azərbaycan ictimaiyyətinin münasibəti birmənalıdır; bu cür yollara əl atmaqla keçirilən tədbirləri biz pisləyirik. Bu, yolverilməzdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

