/ / Gülşat Məmmədova: Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir
Gülşat Məmmədova: Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir
05.11.2019 [09:41]
Noyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edilib ki, oxşar mədəniyyəti, adət-ənənələri bölüşən xalqlarımızın dostluğunun qədim tarixi kökləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların əlaqələrimizin inkişafında mühüm rolu var. Bu günədək ölkələrimiz arasında 90 sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi sahəyə də müsbət təsirini göstərir. 2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon dollar həcmində olub. Cari ilin 9 ayı ərzində isə bu rəqəm 163 milyona çatıb.
Vurğulanıb ki, bu gün Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir. Bu sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar var. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur.
Spiker qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edirik. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.
Xanım Gülşat Məmmədova ölkəmizə səfərinin və burada keçirilən görüşlərin ümumi məqsədlərə xidmət edəcəyinə inamını ifadə edib. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.
Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Dilarə Cəbrayılova, hər iki ölkənin səfirləri Həsən Zeynalov, Məkan İşanquliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

