Brüsseldə Azərbaycan diasporu və media mövzusuna həsr edilən konfrans keçirilib
07.11.2019 [09:28]
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Brüssel şəhərində “Avropada diaspor və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda praktik konfrans keçirilib.
Konfransı açan AAK-ın prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Avropada Azərbaycan diasporunun vəziyyəti, görülən işlərlə bağlı məlumat verib. O, AAK-ın fəaliyyət göstərdiyi 15 il ərzində öz ətrafında 100-dən çox təşkilatı birləşdirdiyini, Avropada ciddi layihələr reallaşdırdığını, nüfuzlu şəxslər, parlamentarilər ilə görüşlər təşkil etdiyini, yerli media orqanları ilə əməkdaşlıq həyata keçirdiyini bildirib.
ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, təbliğat işində müasir informasiya texnologiyalarının tətbiqi, sosial şəbəkələrin imkanları azərbaycanlı gəncləri cəlb edən əsas amillərdəndir. Lakin dünyada qlobal səviyyədə informasiya müharibəsinin aparıldığı da yaddan çıxmamalıdır. Doğrudur, Azərbaycanda hökumət səviyyəsində informasiya sahəsində mühüm işlər görülür. Lakin virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək lazımdır. Bu istiqamətdə ötən dövrdə diaspor təşkilatlarımız tərəfindən müəyyən işlər görülüb. Lakin hələ qarşıda görüləcək işlər də çoxdur. Biz diasporumuzun böyük potensialını səfərbər etməliyik. Bir sözlə, müasir dövrdə informasiya müharibəsində dünya azərbaycanlıları fəallıq nümayiş etdirməlidirlər.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Əflatun Amaşov “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, qarşıda duran əsas vəzifə diasporumuzla mediamızın həmahəng strukturunun yaradılmasıdır. Diaspor təşkilatları ölkəmizlə bağlı təbliğat məsələlərində media üçün bir növ mayak rolunu oynamalıdırlar. Azərbaycan mediası diasporumuzun işinə dəstək verməyə tam hazırdır.
Mətbuat Şurasının sədri Azərbaycan mediasının hazırkı vəziyyəti barədə danışıb.
Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev “Sosial şəbəkələr və Azərbaycan reallıqları həqiqətlərin təbliğinin effektiv vasitələrindən biri kimi” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycanın həyata keçirdiyi siyasət, uğurlu enerji layihələri nəticəsində bir tərəfdən onun beynəlxalq nüfuzu artırsa, digər tərəfdən ölkəmizi sevməyən qüvvələri narahat edir, onlar tərəfindən ölkəmizə təzyiqlər artır. Erməni lobbisi bir çox təşkilatların nümayəndələrini müxtəlif vasitələrlə ələ alaraq onların hesabatlarında Azərbaycan əleyhinə qərəzli və mənfi yüklü informasiyalar yer almasına çalışır. Beləliklə, biz dünyanın hər yerində Azərbaycan əleyhinə kifayət qədər güclü olan lobbi təşkilatlarının mövcud olduğunu görürük. Azərbaycana qarşı sistem halında fəaliyyət göstərən erməni diaspor təşkilatlarının fəaliyyətinə bir sıra ölkələrin dövlət və bələdiyyə qurumlarında da rast gəlinir. Təəssüf ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş bəzi soydaşlarımız da həmin ölkələrdə kök salan anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin təsiri altına düşərək Azərbaycan iqtidarının yürütdüyü siyasət ətrafında daim qara pərdə çəkir, mənfi informasiyalar, yalan, şər və böhtan uyduraraq dünya ictimaiyyətini çaşdırır.
Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, bu gün Azərbaycan Avropada önəmli tərəfdaş kimi qəbul olunur. Təbii ki, bu işdə diaspor təşkilatlarının da rolu var. Yerli ictimai və media qurumları ilə əməkdaşlıq daha da güclənməlidir. Xüsusilə Avropa ölkələrinin regionlarında işlər görülməlidir. Bizim ortaq fəaliyyətimiz nəticəsində Belçikanın regionlarında Qarabağ atına, Azərbaycan şairəsi Xurşidbanu Natəvana heykəl qoyulub. Belə nümunələri artırmalıyıq.
Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı deyib ki, diaspor təşkilatlarımız arasında birliyin möhkəmləndirilməsi çox vacibdir. Bir çox hallarda biz ümumi işlərimizə kölgə salan insanlara da rast gəlirik. Çalışmalıyıq ki, onlar öz fəaliyyətlərindən əl çəksinlər. Bu məsələdə də mediaya ciddi ehtiyacımız var.
Daha sonra çıxış edən jurnalist Elnaz Agahkan, Real TV-nin Avropa bürosunun əməkdaşı Xatirə Abdullazadə, AAK-ın vitse-prezidenti Rövşən Tağıyev, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və başqaları diaspor təşkilatları ilə media qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Konfransın sonunda iştirakçılar adından müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

