Azərbaycan nümayəndə heyəti Kabardin-Balkar Respublikasının başçısı ilə görüşüb
27.11.2019 [09:23]
Azərbaycan nümayəndə heyəti noyabrın 26-da Nalçik şəhərində Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqları arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib. “Bizi birləşdirən ortaq dəyərlərdən biri faşizmə qarşı birgə mübarizə aparmağımız olub. Təəssüf ki, bu gün də faşizmi yaşadan qüvvələr var. Hazırda bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeyə abidə qoyulur. Bu cür hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq”, - deyə A.Paşazadə vurğulayıb.
Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinə toxunan QMİ sədri həmin tədbirdə Rusiyadan, o cümlədən Qafqaz regionundan nümayəndələrin iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.
Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dinlər və millətlər arasındakı münasibətlərin möhkəmləndirilməsində xidmətlərindən danışıb. Vurğulayıb ki, atası, Kabardin-Balkar Respublikasının əvvəlki başçısı Valeri Kokov ilə Ulu Öndər Heydər Əliyevin sıx dostluq əlaqələri olub və bu gün Prezident İlham Əliyev bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, beynəlxalq müstəvidə də uğurla inkişaf etdiyini bildirib. Əli Həsənov, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfərinin və burada keçirdiyi görüşlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

