/ / Tural Gəncəliyev: Ermənistanın ayrı-seçkilik siyasəti aparması bu ölkənin illərdir həyata keçirdiyi ideologiyanın təzahürüdür
Tural Gəncəliyev: Ermənistanın ayrı-seçkilik siyasəti aparması bu ölkənin illərdir həyata keçirdiyi ideologiyanın təzahürüdür
17.12.2019 [09:35]
Son günlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların guya heç vaxt yaşamadığı və bölgədə iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirirlər. Azərbaycanın torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərdə xalqımıza məxsus mədəni, dini, tarixi abidələri məhv edən Ermənistanın ayrı-seçkilik (aparteid) siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin şərhində yer alıb.
“Qeyd etməliyəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin cari il ərzində regiona iki səfəri reallaşıb və Dağlıq Qarabağın azərbaycanlı icması ilə həmsədrlər arasında görüşlər keçirilib. Keçirilən görüşlərdən sonra həmsədrlərin bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf kimi bir daha qeyd edilib. Bu isə yeni fikir deyil və 1992-ci ildən mövcud olan faktın bir daha Ermənistana xatırladılmasıdır. Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov Azərbaycana son səfəri zamanı icmalararası dialoqu dəstəklədiyini qeyd edib.
Məhz bu gedişatlardan sonra Ermənistan tərəfinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın mövqeyini həzm edə bilmədiyi özünü büruzə verməkdədir. Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir.
Birinci, artıq yuxarıda istinad edildiyi kimi, 1992-ci il 24 mart tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir.
İkinci, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qanunsuz qərar qəbul etdikdən sonra, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin “qərarlarının” SSRİ Konstitusiyasına uyğun olmamasını qeyd edərək, Ermənistanın Dağlıq Qarabağa yönəlik qanunsuz ərazi iddialarına son qoyur.
Üçüncü, BMT, digər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan tərəfinə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarını və müvafiq sənədləri öyrənməyi tövsiyə edirəm.
Ermənistan hakimiyyəti əgər Azərbaycana qarşı işğal siyasətinə son qoyarsa, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icma olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin həlli mümkün ola bilər”, - deyə Tural Gəncəliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

