Azərbaycan bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub
28.12.2019 [10:05]
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində Azərbaycanın müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb
2019-cu il artıq başa çatmaqdadır. Bu il Azərbaycan üçün bir çox uğurlarla yadda qalıb. Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində də bu məqama xüsusi olaraq toxunulub.
Dövlət başçısı təbrikində ölkəmizin qazandığı nailiyyətlərdən də bəhs edərək vurğulayıb ki, Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır.
Öz növbəsində, məsələ ilə bağlı Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir: “Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir. Dövlətimizin başçısının 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Cənab Prezident təbrikində onu da bildirib ki, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Məhz bunun nəticəsidir ki, bəşəriyyəti narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir”.
N.Cəfərov qeyd edib ki, Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Millət vəkilinin fikrincə, bu il ərzində ölkəmizin Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir. “Digər vacib bir məqam isə dövlət başçısının Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasıdır. Bilirsiniz ki, mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olunub. Bu prosesdə xaricdə yaşayan soydaşlarımız da fəal iştirak ediblər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi oldu”, - deyə N.Cəfərov vurğulayıb.
Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, Prezident İlham Əliyev təbrikində Azərbaycanın müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb: “Həqiqətən də, ötən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi cəhətdən mühüm nailiyyətlər əldə edilib. Eləcə də ölkəmiz bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi dünyanın enerji təhlükəsizliyinə töhfələr verir, önəmli tranzit və logistika mərkəzinə çevrilib. Təbii ki, bu amillər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu və rolunu əhəmiyyətli dərəcədə gücləndirir”.
Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına böyük təkan verməkdədir.
İ.Məmmədov söyləyib ki, hazırda ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir: “Xarici siyasətimizin ən mühüm prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev dünya azərbaycanlılarına təbrikində qeyd edib ki, dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

