Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır
15.01.2020 [09:38]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət nəticəsində 2019-cu ildə ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.
Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsi kimi, 2019-cu il də ölkəmiz üçün xarici siyasət sahəsində uğurlu olub. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edib, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Yeri gəlmişkən, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısı çıxışı zamanı bu məsələlərə toxunaraq “...Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün”, - deyə bildirib.
Dövlətimizin başçısı qonşu ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərinin əhəmiyyətini nəzərə çatdırıb, Azərbaycanın öz qonşuları ilə qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələrinin möhkəmlənməsindən bəhs edib. Prezident İlham Əliyev “Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir”, - deyə vurğulayıb.
Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Eyni zamanda, Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksəksəviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu isə, şübhəsiz ki, regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına xidmət göstərir.
Azərbaycan ötən il həm də mühüm beynəlxalq tədbirlərin keçirildiyi ölkə kimi diqqət mərkəzində olub
Azərbaycan 2019-cu ildə, eyni zamanda, mühüm beynəlxalq tədbirlərin keçirildiyi ölkə kimi də diqqət mərkəzində olub. Ölkəmizdə ötən il keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və VII Qlobal Bakı Forumu beynəlxalq müstəvidə böyük maraqla izlənib. Forumlarda bir çox ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmiləri iştirak ediblər. Eyni zamanda, ötən il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Bununla yanaşı, 2019-cu ildə ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib ki, bu, türkdilli ölkələr arasında çoxşaxəli əlaqələrin inkişafı, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ötən il Azərbaycanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayının, Şəkinin mərkəzi hissəsinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi tarixi hadisədir. Məlumdur ki, indiyə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilib. Şəki Xan Sarayının bu siyahıda olması isə ədalətli qərar olmaqla yanaşı, Azərbaycanın növbəti uğurudur. Bundan başqa, Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresində bu konqresin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi də çox önəmli hadisə və əhəmiyyətli nailiyyətdir.
Sadalananlardan əlavə, 2019-cu ildə ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Formula 1 Azərbaycan Qran-Pri yarışları, UEFA Avropa Liqasının final oyunu, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı, BMT-nin Dövlət Xidmətləri Forumu, Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz-2019 sərgisi, Bakutel-2019 və digər mötəbər beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olduğunu göstərir.
Nəticə etibarilə yuxarıda qeyd etdiyimiz kimi, dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20

