“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 [11:27]
Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfransın iştirakçıları ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oqtay Əsədov əvvəlcə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik edib. Sədr bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi əlaqələrin inkişafında dövlətlərimizin başçılarının şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir. Bunu bu günlərdə ölkəmizdə keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfrans bir daha sübut edir.
Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycanda rus dilinə böyük hörmət var, Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur, 27 ali məktəbdə isə tədris rusca aparılır. Bundan başqa, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Sədr bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri zamanı keçirilmiş görüşlər, Moskvada təşkil olunmuş 10-cu Regionlararası Forum yaxşı nəticələr verib. Həmin səfər zamanı Mehriban Əliyevaya ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Prezident Vladimir Putin tərəfindən Rusiyanın “Dostluq” ordeni təqdim olunub. Ölkələrimiz arasında münasibətlərin səviyyəsini ən yaxşı xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, əgər bütün ölkələr arasındakı əlaqələr Rusiya və Azərbaycanın münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Bakıda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan İlyas Umaxanov deyib ki, Rusiya bu münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə tərəfdardır.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlamentin aparat rəhbəri Səfa Mirzəyev, deputat Mixail Zabelin, Mədəniyyət naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

