Minsk qrupunun həmsədrləri növbəti dəfə regiona səfər etdilər
23.01.2010 [04:27]
Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günlərdə tam tərkibdə bölgəyə səfər etdilər. Səfər zamanı onlar Azərbaycan və Ermənistanın prezidentləri ilə görüşlər keçirdilər. Xatırladaq ki, bu səfərdən öncə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib və onun Moskvadakı danışıqlarında Dağlıq Qarabağ problemi də əsas müzakirə mövzularından biri olub. Cənab Ərdoğanın ardınca və həmsədrlərin tam tərkibdə bölgəyə gəlməsindən öncə isə Ermənistan prezidenti Rusiyaya səfər edib. Bəs, 2010-cu ilin ilk ayında cərəyan edən bu proseslər və həmsədrlərin bölgəyə səfəri münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin əldə olunmasına ümid verirmi?
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə indiki səfəri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıqla əlaqədardır. Eyni zamanda, son vaxtlar münaqişənin həlli ilə bağlı aparılan danışıqlar və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi də səfər zamanı müzakirə mövzusu olub. M.Qurbanlı bildirib ki, hazırki situasiya 2010-cu ildə münaqişənin həll edilməsi istiqamətində müəyyən irəliləyişlərin olacağını deməyə əsas verir. Bu il ərzində də danışıqların daha intensiv xarakter alacağını demək mümkündür.
“Azərbaycan tərəfi məsələ ilə bağlı öz mövqeyini ifadə edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində xarici siyasətimizin əsas məsələsinin Dağlıq Qarabağ probleminin həlli olduğunu qeyd edib. Bildirilib ki, 2009-cu ildə bu yöndə müəyyən irəliləyişlər baş verib. Dövlət başçısı vurğulayıb ki, məsələnin həlli yolu dəqiqləşdirilib. ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin Afina sammitində qəbul olunmuş sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı yollarla həll olunması açıq-aydın şəkildə göstərilib. Bu sənəddə ölkələrin ərazi bütövlüyü çərçivəsində münaqişələrin həllinin vacib olduğu xüsusi vurğulanıb və bu mövqe Azərbaycanı qane edir. Bəllidir ki, beynəlxalq hüquqda iki başlıca prinsip var: dövlətlərin ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratını təyin etməsi. Aydındır ki, Qarabağda yaşayan ermənilər icma olduğu üçün icma yalnız mədəni müxtariyyat formasında öz müqqədaratını təyinetmədən istifadə edə bilər. Ona görə də, Afinada qəbul olunmuş sənəd əhəmiyyətlidir. Prezident İlham Əliyev məsələ ilə bağlı öz fikirlərini bir daha açıqlayaraq bəyan edib ki, Azərbaycan münaqişənin həllində BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini və ölkənin ərazi bütövlüyünü öndə tutur” - deyə M.Qurbanlı qeyd edib.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz bu mövqedən geri çəkilməyəcək və Azərbaycanın bu mövqeyi dəyişməz olaraq qalacaq.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, son illər danışıqlar prosesində ciddi intensivlik müşahidə olunur. Onun sözlərinə görə, həmsədrlərin növbəti səfəri də bu intensivliyin göstəricisidir. Millət vəkili qeyd edib ki, bütün hallarda Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək. A.Mirzəzadə Rusiyanın bu prosesdə fəallığını vacib hesab edib: “Eyni zamanda, Rusiya ilə yanaşı, Türkiyənin də fəallığı, ümumilikdə münaqişənin həllinə yalnız kömək edə bilər. Bu mənada, praktikadan irəli gələrək Türkiyə Baş nazirinin Moskvaya səfərində Dağlıq Qarabağ probleminin müzakirə edilməsi təbii qarşılanmalıdır”.
Onun sözlərinə görə, R.T.Ərdoğanın ABŞ-a səfəri zamanı da Qarabağ məsələsini Barak Obamanın diqqətinə çatdırması, bunu mətbuat konfransında bəyan etməsi dünyanın diqqətini bu problemə cəlb edib. A.Mirzəzadə onu da əlavə edib ki, münaqişənin həll edilməsi bir neçə problemi paralel aradan qaldıracaq: “Birincisi, Azərbaycanla Ermənistanın sərhədləri açılacaq və bu, Rusiyadan Ermənistana yüklərin daşınması işini xeyli yaxşılaşdıracaq. İkincisi, Türkiyə ilə sərhədlərin açılması yenə də Ermənistanın Avropaya çıxışı üçün önəmli olacaq. Türkiyə hökumət başçısının və Ermənistan prezidentinin Moskva səfəri də regionda bir sıra məsələlərin müzakirəsi baxımından diqqəti cəlb edir”.
Politoloq Rasim Musabəyov isə bildirib ki, münaqişənin həllində sülh əldə etmək üçün bu cür səfərlərə ehtiyac var: “Amma təminat yoxdur ki, bu səfərlər istənilən nəticəni verəcək. çünki tərəflərin və bəzi beynəlxalq güclərin bu regionda maraqları toqquşur. Son zamanlar həqiqətən də, Rusiya bu prosesdə fəallaşıb. Bu fəallaşma ümid verir ki, göstərilən səylər hansısa nəticəni versin. Hamı bilir ki, Ermənistan Rusiyadan olduqca asılı vəziyyətdədir. Danışıqlar prosesinin irəli aparılması müəyyən mənada Rusiyanın maraqlarına cavab verir. çünki bu dövlətin Ermənistana yolu bağlıdır. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Ermənistan izolyasiyaya salınıb”.
Politoloqun fikrincə, Ermənistan prezidenti Serj Sərkisyanın da Rusiyaya səfəri bilavasitə Qarabağ məsələsi ilə bağlı olub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

