İsraildəki “Xocalı 613” bağında xatirə mitinqi keçirilib
25.02.2020 [09:17]
İsrailin Təl-Əviv şəhərində “Xocalı 613” bağında “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yəhudilərin “Keren Kayemet le İsrael” (KKL) milli fondunun, “Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq kampaniyasının və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar xatirə mitinqi keçirib.
Yəhudilərin KKL milli fondunun Avrasiya bölməsinin başçısı İqal Yasinov xatirə mərasimini açaraq qonaqları salamlayıb. O, dost Azərbaycanın erməni millətçilərinin işğalçı siyasətinin qurbanı olmuş günahsız qurbanlarının xatirəsinə bağ salınmış Prezident meşəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra mərasimin aparıcısı, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalıda faciəli hadisələrin tarixindən danışıb.
Bu faciəyə görə dərin təəssüf hissi keçirdiyini söyləyən Knessetin deputatı Mark İfraimov ümidvar olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda öz ədalətli həllini tapacaq.
Mitinqdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev qeyd edib ki, o, 4 il əvvəl bu bağın salınması mərasimində iştirak edib və Xocalı qurbanlarının xatirəsinə belə həssas yanaşdıqlarına görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkür edib. Rauf Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan hökumətinin məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Sonra Kiryat Byalik şəhəri merinin müavini Naxum Raçevski, Xolon şəhəri merinin müavini Mixail Sutovski, “Azİz” Assosiasiyasının gənclər cinahının nümayəndəsi Ayaz Əzizov və ictimai qurumların rəhbərləri çıxış ediblər.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın prezidenti Lev Spivak Azərbaycanın dərdinə şərik olduqlarına görə hamıya təşəkkür edərək məxsusi olaraq bu kədərli gün üçün çap edilmiş “Haray” toplusunu təqdim edib.
Sonra XABAD-ın nümayəndəsi, ravvin Şaul David Burşteyn Xocalı qurbanlarının ruhuna dua oxuyub.
Tədbirin sonunda Azərbaycanın və İsrailin dövlət himnləri səslənib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

