/ / "Euronews" telekanalında "Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində" adlı reportaj yayımlanıb
"Euronews" telekanalında "Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində" adlı reportaj yayımlanıb
03.02.2010 [09:16]
“Euronews” Qarabağ münaqişəsinin nəticələrini işıqlandırmaqda davam edir. Qarabağın öz ərazisində olduqdan sonra indi yolumuz Azərbaycandakı qaçqınlar və məcburi köçkünlərin qəsəbəsinədir. Təxmini hesablamalara görə münaqişə nəticəsində Azərbaycandan olan 350 minə yaxın erməni və Ermənistandan, Qarabağdan və ona bitişik, işğal edilmiş ərazilərdən olan 700 minə yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İndi biz Xocavənddəki məcburi köçkünlər qəsəbəsindəyik. Onların buradan 15 kilometr məsafədə yerləşən doğma şəhəri belə adlanırdı.
Məcburi köçkün Qüdrət Hüseynov: Dünya ictimaiyyəti bunu bilməlidir. Bu, haqsızlıqdır. Torpaqlarımız orada qalıb, özümüz isə buradayıq.
Məcburi köçkün Səidə Hacıyeva: Burada güzəranımız pis olmasa da, əcdadlarımızın qəbirləri orada qalıb. Biz onları ziyarət etmək istəyirik. Burada bizim hər şəraitimiz var - su, qaz, elektrik, amma Vətənimiz oradadır. Əgər fikirləşirsiniz ki, gözləriniz yaşarmayacaq, gedin Xocalıda nələr törədildiyinə baxın. Bu necə ola bilər, bütün bunlar ağlasığmazdır, bu dəhşəti təsəvvür etdikcə dünya başıma fırlanır.
Azərbaycanın tərkibinə daxil olan, lakin əhalisinin əksəriyyəti ermənilər olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi hələ sovet dövründə irəli sürülmüşdür. 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın statusu haqqında referendum keçirilmiş, referendum iştirakçılarının 99,89 faizi onun müstəqilliyinə tərəfdar olduğunu bildirmişdir. Referendum azərbaycanlı azlıq tərəfindən boykot edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır. 1992-ci ildən 1994-cü ildə atəşkəs haqqında sənəd imzalanana qədər münaqişə təqribən 5 min erməninin və 25 min azərbaycanlının həyatı bahasına başa gəlmiş, fəal silahlı qarşıdurma mərhələsinə keçmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, hər iki tərəfdən təqribən 1 milyona yaxın insan öz doğma yurdunu tərk etməyə məcbur olmuşdur. Hazırda Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonunu işğal altında saxlayır.
Məcburi köçkün Qaytaran Quliyev: Biz öz torpağımızda qəribik. Bura bizim evimiz deyil, bizim torpaqlarımız oradadır. Mənim nəvəm - şəhid olmuş oğlumun oğlu öz atasının qəbrini ziyarət etmək istəyir.
Məcburi köçkün Həsən Mehdiyev: Bütün dünya erməniləri dəstəkləyir, bizim halımıza heç kəs acımır.
Daxili köçkünlər vəziyyətinə düşmüş azərbaycanlılar özlərini bu dondurulmuş münaqişənin unudulmuş qurbanları hesab edirlər. BMT Təhlükəsizlik Şurasının Ermənistandan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, kökündən uzaq düşmüş bu insanların həyatı da donmuşdur. 1993-cü ildən BMT agentlikləri və qeyri-hökumət təşkilatları humanitar yardım paylayır. 1999-cu ildən Azərbaycan büdcəsinin neft gəlirləri hesabına ölkənin hər yerində yeni qaçqın qəsəbələrinin tikilməsi maliyyələşdirilir. çadırlarda, zirzəmilərdə, qatar vaqonlarında keçirilmiş ilk illərin ekstremal şəraiti dəyişmiş, onların maddi vəziyyəti yaxşılaşmışdır. Azərbaycan köçkün düşərgələri ilə dolur. Lakin həyat şəraitinin dəyişməsi məcburi köçkünlərin əhvalını dəyişmir. Doğma yurda qayıtmaq onların əsas məqsədi, arzusu, bir an belə dinclik verməyən xəyalıdır.
ATƏT-in vasitəçiliyi sayəsində siyasi tənzimləmə cəhdləri nəticəsiz qalmışdır. Lakin Azərbaycanda əvvəlki kimi, beynəlxalq hüququn məntiqinə inanırlar. Avropa Şurasının tənqidinə baxmayaraq, hakimiyyət qaçqınların əhaliyə qaynayıb-qarışmasına imkan vermək əvəzinə, onları milli əlamətə görə ayırmaqda davam edir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir: Məcburi köçkünlər bir yerdə, yığcam halda yaşadıqda onları doğma yurdlarına qaytarmaq asan olacaqdır. Əks halda onların hərəsini bir şəhərdə axtarmalı olardıq. İndi isə bilirəm: min nəfər burada yaşayır, iki min nəfər orada. Onları birlikdə köçürmək bizim üçün daha asandır.
Maddi baxımdan bu gün məcburi köçkün azərbaycanlıların xeyli hissəsi əsl himayədə yaşayır. Onların şəraitinin yaxşılaşdırılması üçün 3 milyard dollar sərmayə qoyulmuşdur. Bu məbləğin 1,3 milyard dolları dövlət büdcəsi, 750 milyon dolları humanitar təşkilatlar tərəfindən ayrılmışdır. Hər ailəyə ayrıca ev, bundan əlavə, məktəb, dispanser, torpaq sahəsi - bu qəsəbələrdə normal həyat üçün hər cür şərait vardır. Onlar sudan, qazdan və işıqdan pulsuz istifadə edir, mənzil haqqı ödəmirlər. Azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin hər birinə 720 dollar müavinət verilir. Bu gün onlar dünyada ən yaxşı təmin olunmuş qaçqınlar və məcburi köçkünlər sırasındadır.
Bura gəlməzdən əvvəl məcburi köçkünlərin çoxu güclə dolanırdı. Quliyevlər ailəsinin dediyinə görə, onlar son 17 ildə metal tənəkədən düzəldilmiş sığınacaqda yaşamışlar. Humanitar böhranın başlanğıcında Avropa İttifaqı onlara bu cür sığınacaqlar verirdi. Cavan ər-arvad və onların valideynləri - 7 nəfərlik ailə ölçüləri 3x4 metr olan sahədə yaşayırdılar. Həmin sığınacaq indi də onların təzə evinin həyətindədir.
Məcburi köçkün Şəbnəm Quliyeva: Yağış yağanda dəhşətli vəziyyət yaranırdı. Yaşadığımız yeri su basmışdı, hər tərəf rütubət idi, yan-yörəmizdə ilanlar sürünürdü. Biz də elə ilanlarla bir yerdə yatırdıq. Palçıq əlindən tərpənmək olmurdu. Bizə yeni ev verildiyinə görə hökumətimizə, Prezidentimizə min dəfə “sağ ol” deyirik. Lakin bunlar kifayət deyildir, bizə öz torpağımız lazımdır.
çəkiliş qrupumuzu görən qonşu qadın Qərənfil Bayramova da bizə yaxınlaşıb başına gələnləri danışır: Mənim ərim Vətən uğrunda mübarizədə ermənilərin əli ilə şəhid olmuşdur. Mən uşaqlarımla birgə Kəlbəcərdən ayaqyalın çıxmışam. İki oğlum və bir qızım vardır. Qızımın ərə gedən vaxtıdır. Oğlanlarımda isə Vətənə elə güclü məhəbbət hissi tərbiyə etmişəm ki, onlar yalnız möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.
Bakıda səbrin də bir həddi olduğunu dediklərinə baxmayaraq, hələlik hərbi yolla həll məsələsi gündəmdə deyildir. Ermənistan və Azərbaycan qüvvələri arasında 120 kilometr uzunluğunda ayırıcı xətt keçir. Bizim çəkiliş qrupu Azərbaycanın hakimiyyət orqanlarının müşayiəti ilə Tərtər rayonundakı müşahidə məntəqəsinə baş çəkmişdir. Mövqelər arasında minalanmış sahələr, yaxud dağıdılmış Azərbaycan kəndləri vardır.
Burada bizim üçün təlim keçdilər. Atəşkəs vaxtaşırı pozulur. Burada gördüyümüz hərbçilərin hamısı çox gəncdir. Onları buraya gətirən tarixin gərdişidir, lakin bu gənclərin taleyi təkcə münaqişə ilə bağlı deyildir.
Azərbaycan Ordusunun əsgəri: Mən tarixi, öz vətənimin tarixini öyrənmək istərdim.
Müharibə və ekstremistlərin fəsadları nəticəsində 20 ilə yaxın müddətdə bir-birindən ayrılmış iki xalq Dağlıq Qarabağda dinc yanaşı yaşayırdı. Zeynalovlar 52 ildir ki, bir yerdədirlər. Ər azərbaycanlı, arvad ermənidir. Müharibə başlayandan sonra Jenya Azərbaycan icması ilə birlikdə oradan qaçmışdır.
Məcburi köçkün Jenya Zeynalova: Əgər onlar mənimlə pis rəftar etsəydilər, onlarla yaşamaq istəməsəydim, burada olmazdım, orada qalardım. Lakin burada hamı mənimlə yaxşı rəftar edir. Bəziləri mənə xala, bəziləri nənə deyir. Hətta ana deyənlər də olur. Burada heç bir pislik görməmişəm.
On altı ildir ki, davam edən nə sülh, nə müharibə vəziyyətində Ermənistan, Azərbaycan və qondarma “Dağlıq Qarabağ Respublikası” nın hakimiyyət orqanları gözləmə mövqeyindən tərpənməmişlər. Bu müharibə nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan üçün ötən illər əzab və ehtiyac içində keçmişdir. Bəs, indi onlar soyuqdan və küləkdən qorunduqları vaxtda həyatları necə olacaqdır? Danışıqların və müzakirələrin gedişində onlara söz verəcəklərmi? İndiyə qədər onlarla hesablaşmayıblar. Lakin haçansa bu torpaqlarda yaranacaq sülhün taleyi bu iki xalqın əlində olacaqdır.
Məktəb direktoru Ramiz Rüstəmov: Biz bir yerdə yaşamışıq, xoş gündə də, dar gündə də bir yerdə olmuşuq. Nəyə görə bunu yenidən edə bilməyək? Məni narahat edən odur ki, BMT ermənilərdən bu qanunsuz işğala son qoymağı və bizim torpaqları tərk etməyi tələb edən dörd qətnamə qəbul etsə də, nəticə yoxdur. Mənim şagirdlərim bu barədə sual verəndə onlara cavab verə bilmirəm.
Hər iki tərəf özlərinin Qarabağ torpağına bağlılığından, çoxəsrlik ənənələrdən və indiki nəslin təcrübəsindən danışır.
Hər iki tərəfdən olan qaçqınları nə gözləyir? Onların valideynlərinin vətənindən uzaqda dünyaya gəlmiş övladlarının qanına-canına ana südü ilə Qarabağa bu cür məhəbbət hissi hopacaqmı?
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52

