Yeni növ koronavirus infeksiyasına yoluxanların sayı hansı səbəbdən artır?
06.04.2020 [14:14]
Ekspertlər bunu əsasən virusun inkubasiya dövrünün çoxluğu və xəstəliyin üzə çıxmasının 28 günədək çəkə bilməsi ilə əlaqələndirirlər
Dünya miqyasında yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma arealı getdikcə genişlənməkdədir. Son günlər Azərbaycanda da bu infeksiyaya yoluxma halları artır. Aprelin 5-ə olan məlumata əsasən, ölkədə 584 yoluxma faktı qeydə alınıb. Vurğulanmalıdır ki, Azərbaycan dövləti hələ bu təhlükənin başlandığı gündən etibarən yeni növ koronavirus infeksiyası ilə mübarizədə şəffaf, operativ və effektiv fəaliyyət göstərir, həm profilaktik, həm mübarizə xarakterli, həm də maarifləndirici tədbirlər ardıcıl xarakter daşıyır. Buna rəğmən, yeni növ koronavirus infeksiyasına yoluxmanın miqyasının artması nəzərə çarpır. Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. Bu məqamda qeyd olunmalıdır ki, ölkəmizdə infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Ekspertlərin fikrinə görə, COVİD-19 infeksiyasının yayılmasına tibbi nöqteyi-nəzərdən diqqət yetirilməlidir.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində atılan addımların təqdirəlayiq olduğunu deyib. Millət vəkili bildirib ki, koronavirusa yoluxmanın son dövrlərdə artmasının bir sıra səbəbləri var. Onun sözlərinə görə, ilkin vaxtlar infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Bu isə həmin dövr üçün bütün yoluxmaların üzə çıxarılmasını mümkünsüz edirdi: “Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Yeni testlərin alınması və müayinələrin operativ olaraq davam etdirilməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Bu isə xəstəliyə yoluxanların daha dəqiq üzə çıxarılmasına yol açıb. Bu gün tibb işçilərimiz aktiv şəkildə koronavirusa yoluxanları tam müayinə edir və hətta gizli simptonların belə üzə çıxarılmasına nail olurlar”.
M.İbrahimqızı onu da əlavə edib ki, regionun iqtisadi cəhətdən lider dövləti olan Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Bu laboratoriyalar yeni növ koronovirus infeksiyasının aşkarlanmasında həlledici rol oynayır: “Azərbaycan dövləti istər sərhəd regionlarında, istərsə də digər bölgələrdə bütün tibbi-müayinə tədbirlərini görüb. Alınan tibbi laboratoriyalar qısa zaman çərçivəsində test cavablarını əldə etməyə imkan verir. Eyni zamanda, ölkəmizdəki bütün xəstəxanalar, tibbi personal bu virusla mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər. Sadəcə nəzərə almaq lazımdır ki, yeni növ koronavirus infeksiyasının inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bu səbəbdən də yeni infeksiyaya yoluxmuş insanlarla kontaktda olan vətəndaşlarda simptomlar ciddi yoxlanılır və testdən keçirilir. Bundan narahat olmaq lazım deyil. Əsas olan yeni yoluxmaların və kontakların qarşısını almaqdır. Bunun üçün isə karantin rejiminə olduqca ciddi yanaşmaq lazımdır. Bir daha qəzetiniz vasitəsilə vətəndaşlarımıza səslənərək bildirmək istəyirəm ki, yeni yoluxmaların qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etsinlər”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli də ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə atılan addımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, görülən tədbirlər infeksiyanın yayılma miqyasını maksimum dərəcədə azaltmağa imkan verir. Millət vəkili son dövrlərdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artımın olmasını bir sıra səbəblərlə əlaqələndirib: “Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Nəzərə almaq lazımdır ki, xaricdən gələn vətəndaşlarımızda bu virusun aşkarlanması müəyyən vaxt alır, karantinə yerləşdirilən həmin şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. Bu da sayın artmasına yol açır. Elə vətəndaşlar var idi ki, ilkin mərhələdə heç bir simptoma rast gəlmək mümkün deyildi. Bilindiyi kimi, koronavirusun inkubasiya dövrü qısa deyil və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bu baxımdan, həmin vətəndaşlar virusa yoluxma riski daha çox olan qrup sayılır. Nəzərə alınmalıdır ki, ölkəmizdə müvafiq tədbirlər bir aya yaxındır ki, tətbiq olunur və həmin vətəndaşlarda aşkarlanma müddəti hələ də davam etməkdədir”.
Millət vəkili qeyd edib ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, indi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır. Onun sözlərinə görə, açıqlanan statistik məlumatlar da bunu təsdiqləyir: “Statistika göstərir ki, yoluxma halları yalnız Bakı və paytaxtətrafı regionla məhdudlaşmır. Artıq bölgələrdə də yoluxma halları ilə bağlı ciddi rəqəmlər səsləndirilib. Nəzərə alsaq ki, hər bir yoluxmuş şəxs öz ətrafında onlarla şəxsi bu virusa yoluxdura bilər, demək ki, vəziyyətin ciddiliyi diqqədə alınmalıdır”.
Müşfiq Məmmədli qeyd edib ki, vətəndaşlarımız karantin rejiminə həssaslıqla yanaşmalı, Operativ Qərargahın tələblərinə riayət etməlidir. "Əminəm ki, biz birgə bu mübarizədə qalib gələcəyik və virus təhlükəsi dövlətimizin effektiv tədbirləri, vətəndaşlarımızın yüksək məsuliyyəti nəticəsində aradan qalxacaq",-deyə millət vəkili vurğulayıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

