Azərbaycanda dayanıqlı inkişafa xidmət edən məqsədyönlü siyasi islahatlar həyata keçirilir
24.04.2020 [10:36]
Siyasi dialoqdan imtina edən, ölkəmizdə vəziyyəti gərginləşdirməyə çalışan marginal qruplaşma isə xəyanətkar mövqeyini davam etdirir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib. Şübhəsiz ki, uğurlu sosial-iqtisadi siyasət kursu vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir, siyasi islahatlar isə milli birliyin, vətəndaş həmrəyliyinin daha da gücləndirilməsinə imkan yaradır. 2020-ci ilin əvvəlindən daha geniş vüsət alan islahatlar ölkəmizdə siyasi sistemin inkişafına mühüm töhfələr verməkdədir. Qısa zaman çərçivəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə mühüm kadr dəyişikliklərinin edilməsi, yeni formalaşan VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin rəhbərliyində, eləcə də komitələrdə sədr və sədr müavini qismində müxalifət nümayəndələrinin, müstəqil deputatların təmsil olunması ölkəmiz üçün yeni siyasi inkişaf mərhələsi yaradır. Bundan başqa, ilin əvvəlindən başlayaraq hakmiyyətin ölkəmizdəki bütün siyasi qüvvələrlə dialoq aparmaq üçün müraciət etməsi uğurlu siyasi islahatlar kursunun mühüm tərkib hissəsi kimi böyük əhəmiyyətə malikdir.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması birmənalı şəkildə Azərbaycan dövlətinin inkişafına xidmət edir. Millət vəkili bildirib ki, siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələrlə görüşmək, onların təkliflərini dinləmək üçün hakimiyyətin müraciətinin, demək olar ki, əksər siyasi partiyalar və təşkilatlar tərəfindən müsbət qarşılanması və yüksək dəyərləndirilməsi xüsusi önəm kəsb edir: "Yeni seçilmiş parlamentdə islahatlar müasir Azərbaycanda yeni siyasi konfiqurasiyanın yaranmasını şərtləndirib. Yeni siyasi dialoq mühitinin formalaşdırılması isə siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Bunlarla yanaşı, yeni siyasi partiyaların qeydiyyata alınması da ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir".
Milli Məclisin deputatı Müşfiq Məmmədli də bu gün ölkəmizdəki şəffaf siyasi dialoq mühitini dövlətimizin inkişafında yeni mərhələ adlandırıb. Onun sözlərinə görə, dialoq təkliflərinin əksər siyasi qüvvələr tərəfindən müsbət qarşılanması ölkəmizdəki mlli birliyin güclənməsinə öz töhfəsini verəcək: "Təəssüfləndirici haldır ki, müxalifətçilik anlayışını düzgün anlamayan, bu anlayışı radikal çağırışlar, siyasi sabitliyin pozulmasına yönəlik addımlar, dağıdıcılıq kimi qavrayan bəzi marginallaşmış qruplar hakimiyyətin səmimi dialoq təklifindən imtina etməklə bir daha öz düşmənçilik mövqeyini ortaya qoymuş oldu. Siyasi yetkinlikdən uzaq, yalnız düşmənçilik və xalqdan qisasçılıq ab-havası ilə yaşayan bu marginal qruplaşmalar ölkədə vəziyyətin gərginləşməsi üçün çirkin təbliğat aparırlar. Bununla da bir daha "siyasi qüvvə" olmadıqlarını, yalnız şəxsi ambisiyalar və korporativ maraqlar əsasında hərəkət etdiklərini ortaya qoyurlar".
Millət vəkili onu da vurğulayıb ki, anti-Azərbaycan dairələrin sifarişləririni yerinə yetirən bu marginal qruplaşmalara milli mənafe və ya dövlətçilik maraqları anlayışları yaddır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

