Braziliya-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
11.06.2020 [09:21]
İyunun 10-da Milli Məclisin Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Müşfiq Məmmədli həmkarlarını salamlayaraq ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirildi ki, Braziliya dünyanın ən sürətli inkişaf edən ölkələrdən biridir. Ölkəmiz Braziliya ilə münasibətlərin inkişafında maraqlıdır və bunun üçün kifayət qədər böyük potensial var. Deputat bildirib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Qeyd edildi ki, deputatların qarşılıqlı səfərləri əməkdaşlığı yeni mərhələyə qaldırılmasında mühüm rol oynaya bilər.
Müşfiq Məmmədli videokonfransda hazırda dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib. Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir. Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır, dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib.
Sonra Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının birinci vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiya səmimi görüş üçün minnətdarlığını bildirib, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırıb. O, parlament dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Videokonfransda Senatın Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kladio Kajado, Braziliya Respublikasının Azərbaycandakı səfiri Manuel Monteneqro, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov əməkdaşlığımızın siyasi, iqtisadi, humanitar əhəmiyyətini yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

