/ / Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bəyanatı UNESCO-nun İcra Şurasının plenar iclasında səsləndirilib
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bəyanatı UNESCO-nun İcra Şurasının plenar iclasında səsləndirilib
04.07.2020 [07:26]
Bu yaxınlarda bütün dünya İkinci Dünya müharibəsinin 75 illiyini qeyd etdi. İnsan həyatı baxımından çox baha başa gələn müharibə gələcəyə dair baxışlarımızı yenidən formalaşdırdı. Lakin bu faciəli keçmiş yaddaşımızdan silinməmiş, nasist və digər oxşar ideologiyalara qulluq etmiş, nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidə ucaldılması və gənc nəsillər arasında bu ideyaların aşılanmasının artması kimi narahatlıqların şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNESCO –nun İcra Şurasının 209-cu sessiyasının plenar iclasında qurum yanında ölkəmizin daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov səsləndirib.
Vurğulayıb ki, belə halların bəzi ölkələrdə dövlət siyasətinin tərkib hissəsi kimi baş verməsi qəbuledilməzdir. “Azərbaycan dəfələrlə müxtəlif tribunalardan irqçiliyin, ayri-seçkiliyin, ksenofobiyanın və bunlarla bağlı dözümsüzlüyün bütün formalarına qarşı çıxıbdır. Qlobal təşkilat kimi UNESCO üzv dövlətlərlə yaxından işləməklə bu təhlükəli meyillərin qarşısını almaq üçün səylərini artırmalıdır. Keçmişdən nəticələr çıxarmalıyıq, keçmişin təkrarlanmaması üçün bəşəriyyət qarşısında kollektiv məsuliyyət daşıyırıq”,-deyə A.Kərimov diqqətə çatdırıb.
Səfir qeyd edib ki, Azərbaycan bütün sahələrdə, xüsusən də gender bərabərliyi və Afrika Prioritetinə xüsusi diqqət verməklə, təhsildə, pendemiyaya qarşı mübarizədə UNESCO-nun səylərini qətiyyətlə dəstəkləyir.
Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan hesab edir ki, üzv ölkələr arasında çoxtərəfli və inklüziv əməkdaşlıq əsas məqsədlərə, eləcə də 2030 Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə çatmaq üçün vacib amillərdir.
Səfir A.Kərimov plenar iclasda Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bəyanatını da təqdim edib. Bəyanatda ölkəmizin COVID-19 pandemiyasının dünyada yayılmasından narahatlığı ifadə olunub. Bildirilib ki, tarix boyu Qoşulmama Hərəkatı dövlətlərin suverenliyə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və xalqların öz müqəddəratını təyin etmək hüququ, beynəlxalq əməkdaşlıq və həmrəylik kimi prinsiplərə, Bandung prinsiplərinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Bu prinsiplər Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bir daha təsdiqləndi.
Qeyd edilib ki, Qoşulmama Hərəkatı əməkdaşlığın, inklüzivliyin, potensialın və idarəçiliyin möhkəmləndirilməsi vasitəsilə sülhə, dözümlülüyə və mədəni müxtəlifliyə hörməti təşviq etmək, ortaq dəyərlərin və ümumbəşəri insan haqlarının çağırışlarına cavab verməyə, bərabərsizliyə, irqçiliyə, ayrı-seçkiliyə, stereotiplərə və ziddiyyətlərə qarşı mübarizə aparmaq əzmini bir daha təsdiqləyir. Qoşulmama Hərəkatı UNESCO-nun potensialının möhkəmləndirilməsi, fəaliyyətinin və bu fəaliyyətlərin yerlərdəki təsirinin qiymətləndirilməsinin vacibliyini vurğulayır və hesab edir ki, bu, C/4 və C/5-in gələcək orta müddətli strategiyasında prioritet olmalıdır.
Həmçinin diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı UNESCO-nun mədəni irsin qorunmasında mərkəzi rolunu tanıyır və təşkilatı 1970-ci ildə Mədəni Mülkiyyətin Qanunsuz Dövriyyəsi haqqında Konvensiyanın həyata keçirilməsini təşviq etməyə, dəstəkləməyə və gücləndirməyə çağırır. Qoşulmama Hərəkatı mədəni irsin qəsdən məhv edilməsini, mədəni sərvətlərin talan edilməsini və oğurlanmasını, qanunsuz arxeoloji qazıntıların aparılmasını və mədəni irsin dəyişdirilməsini dünya xalqlarının tarixinə və şəxsiyyətinə qarşı ağır cinayət kimi pisləyir.
Bildirilib ki, Qoşulmama Hərəkatı "Dünyanın yaddaşı" proqramının həyata keçirilməsini gücləndirməyin zəruriliyini vurğulayır və UNESCO-nun sənədli irslərin tanıdılması səylərini alqışlayır. Qoşulmama Hərəkatı Təhsil 2030 Gündəliyini dəstəkləyərək, UNESCO-nun bütün mövcud proqram və mexanizmlərdən istifadə edərək, qadın və qızlar arasında gender bərabərliyi və Afrika Prioriteti baxımından savadlı icmalar və cəmiyyətlər yaratmaq səylərini gücləndirməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

