/ / Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycan Sizin düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğurlar və qələbələr qazanacaq
Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycan Sizin düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğurlar və qələbələr qazanacaq
17.07.2020 [08:31]
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.
Samux rayonundan Cəlal Tağızadə yazır: “Hörmətli cənab Prezident, bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Sizin komandanlığınızla bu ruhla, bu inamla və ən əsası xalqın gücünü, dəstəyini bu cür hiss edən bir ordunun qarşısını heç bir ordu kəsə bilməz. Cənab Prezident, biz Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvləri Sizin döyüş əmrinizi gözləyirik”.
Sumqayıt şəhərindən Elvin Kazımlı: “Hörmətli cənab Prezident, bu günlərdə sərhəd bölgəmizdə güclü ordumuzun düşmənə sarsıdıcı zərbələrlə onların döyüş mövqelərini darmadağın etməsinin şahidiyik. Biz bir vətəndaş olaraq, bir əsgər olaraq hər zaman Sizin yanınızdayıq. Qələbəni səbirsizliklə gözləyirik. Mən ehtiyatda olan əsgər kimi döyüşə hazıram. Biz Sizinlə bir yerdə güclüyük. Sizin döyüş əmrinizi gözləyirik”.
Zəngilan rayonundan Ayna Zeynalova: “Hörmətli cənab Prezident, biz gənclərə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətənin bu çətin günündə biz gənclər Vətən qarşısında öz borcumuzu qaytarmağa hazırıq. Cənab Ali Baş Komandan, bütün məcburi köçkün gəncləri adından deyə bilərəm ki, hər birimiz əsgərik və bunu Sizin bir əmrinizlə mənfur düşmənə sübut etməyə, Sizin rəhbərliyinizlə öz ata-baba yurdumuzu erməni işğalçılardan təmizləməyə hazırıq”.
Samux rayonundan Teymur Abdullayev: “Hörmətli cənab Prezident, Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin döyüş əmrinizi gözləyir və iradənizə inanıram”.
Bakı şəhərinin Binəqədi rayonundan Əli Nəbiyev: “Hörmətli cənab Prezident, Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz. Cənab Prezident, biz gənclər Sizi, Sizin siyasətinizi dəstəkləyirik və Sizin əmrinizi gözləyirik. Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Biz gənclər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq. Biz birlikdə güclüyük. Möhtərəm cənab Prezident, bütün sahələrdə yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın!”.
Sabirabad rayonunun Qaragüney kəndindən Sənan Nağıyev: “Hörmətli cənab Prezident, bu gün ordumuzun qüdrəti düşmən tərəfin canına təşviş salıb. Onların narahatlığı əbəs deyil. Əminik ki, güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı yağı düşməndən azad edəcək. Mən ehtiyatda olan əsgərəm. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm. Amma bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram və əmrinizi gözləyirəm”.
Hacıqabul rayonunun Abdulabad kəndinin sakini Dövran Həsənovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Ordusunda maddi-texniki təchizatın, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin yüksək səviyyədə olması artıq düşmən tərəfə də bəllidir. Düşmən yaxşı bilir ki, Azərbaycanın üzbəüz dayandığı ordu son dövrlər qüdrətini xeyli artırıb, yüksək döyüş potensialına malik olub. Şübhəsiz ki, bunun arxasında Sizin dayanıqlı siyasətiniz, eyni zamanda, dövlət-vətəndaş birliyi dayanır. Bir gənc olaraq torpaqlarımızı düşməndən azad etmək üçün Sizin əmrinizi gözləyirəm. Sizin qətiyyətiniz və iradəniz bizlərə güvənc verir. Biz birlikdə güclüyük”.
Tərtər rayonundan İntiqam Mustafayev: “Hörmətli cənab Prezident, dünyanı ağuşuna alan pandemiya dövründə məhz Sizin qabaqlayıcı tədbirlər nəticəsində qonşu dövlətlərlə müqayisədə bizim ölkədə bu virusa yoluxanlar azdır. Sizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə həyata keçirdiyiniz sosial layihələr əhalinin maddi rifah halının yaxşılaşdırılmasında əvəzsiz rol oynayır. Koronavirus yayılmağa başlayan vaxtdan yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi əhalinin sağlamlığına göstərilən diqqətin və qayğının təzahürüdür. Həmişə olduğu kimi, yenə də xalqla birgə olduğunuzu əməlinizlə sübut etdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə bu sınaqdan az itkilərlə çıxıb, əvvəlki həyatımıza davam edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

