Adil Əliyev: Ermənistan törətdiyi təxribatlarla beynəlxalq hüququn bütün normalarını pozur
18.07.2020 [01:45]
Hazırda bütün dünya COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə aparır. Bu mübarizəyə ən çox töhfə verən dövlətlərdən biri də Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin atdığı addımları müsbət dəyərləndirir və xəstəliyə qarşı mübarizədə aparılan səyləri nümunə olaraq digər ölkələrə göstərir. Lakin belə bir çətin vəziyyətdə Ermənistan dövləti iyulun 12-dən etibarən ölkəmizin sərhədlərində təxribatlar törətməyə başladı. Həmin gündən etibarən Ermənistan Tovuz rayonu istiqamətində həyata keçirməyə başladığı təxribatçı fəaliyyətini hazırda da davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, Ermənistan tərəfinin budəfəki hücumu tarixin analogiyasına baxsaq 1992-ci ildə olan hücumla eyniyyət təşkil edir. Yenə ağır artilleriya silahlarından istifadə etməklə dinc əhalinin yaşadığı ərazilərə mütəmadi olaraq hücumlar təşkil edilir. Bu hücumlar nəticəsində bu günə qədər 11 hərbi qulluqçu şəhid olub, 1 mülki vətəndaş qətlə yetirilib. Qeyd olunan hücumlar pandemiyaya qarşı aparılan mübarizəni daha da çətinləşdirir.
Hazırda Ermənistan rəhbərliyinin diktəsi ilə Azərbaycan sərhədində həyata keçirilən təxribat zamanı həlak olan hərbçilərlə yanaşı, mülki əhali də ağır artilleriya silahlarının hədəfindədir. Belə ki, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu evinə düşən ağır artilleriya mərmisinin partlaması nəticəsində həlak olub. Bununla da mərhum vətəndaşın İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququ Ermənistan dövləti tərəfindən pozulub. Qeyd edək ki, bu, Ermənistan tərəfindən ilk belə hal deyil. Belə ki, Ermənistan təkcə müharibə dövründə yox, eyni zamanda, atəşkəs dövründə də müxtəlif vaxtlarda Azərbaycan ərazisində olan ayrı-ayrı mülki şəxslərə qarşı silah işlətmiş, 2017-ci ildə Fizuli rayonu ərazisində yaşayan 2 yaşlı Zəhra Quliyeva nənəsi ilə birlikdə öldürülmüşdür.
Həmçinin Ermənistan tərəfinin hazırda ölkəmizin sərhədlərində törətdiyi təxribat nəticəsində mülki əhalinin yaşadığı evlər silahlı hücumlara məruz qalır. Bunun əsas məqsədi isə yerli əhalidə vahimə yaratmaq və onları yaşadıqları yerlərdən uzaqlaşdırmaqdır. Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı silah işlədilməsi 1992-ci ildən başlamışdır. Həmin ildən etibarən Azərbaycana məxsus olan torpaqlar işğal edilmiş, nəticədə 1 milyondan çox məcburi köçkün öz ata-baba torpaqlarını tərk etməyə məcbur qalmışlar.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə edilmiş 4 saylı protokolun 2-ci bəndinə əsasən hər kəsin ölkə ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək hüququ var. Lakin Ermənistan tərəfinin hazırda apardığı təxribat mülki əhalinin ərazini boşaltmasına istiqamətlənib. Bu səbəbdən də müxtəlif ağır artilleriya qurğuları vətəndaşların yaşadıqları evləri hədəf götürür, nəticədə ölən və yaralananlar olur.
Ermənistanın Azərbaycana olan hücumları ilə əlaqədar Birləşmiş Millət Təşkilatı tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilib. Həmin qətnamələrdə Ermənistan tərəfinin Azərbaycana məxsus olan əraziləri işğal etməsi, Azərbaycan ərazisində qırğınlar törətməsi, nəticədə minlərlə insanın öldürülməsi, əsir götürülməsi və bir milyondan çox şəxsin qaçqın düşməsi təsdiq edilib. Ermənistan tərəfinin hazırda etdiyi bu hərəkətlər beynəlxalq hüququn hamılıqla qəbul edilmiş “ius cogens” normalarının ən kobud şəkildə pozulmasıdır.
Azərbaycan torpaqlarının işğal edilməsinə, ərazisində qırğınlar törədilməsinə baxmayaraq, beynəlxalq hüququn müddəalarını əsas götürür, güclü ordusunun olmasına baxmayaraq, ölkəmiz münaqişənin dinc yolla həll edilməsinin tərəfindədir. Lakin Ermənistan öz işğalçı siyasətindən bir addım da geri çəkilmir, əksinə, Ermənistan hakimiyyəti təxribatlar törətməkdə davam edir. Ermənistan tərəfinin həyata keçirdiyi təxribatçı hərəkətlərə dünyanın ədalətli qiymət verməsini tələb edirik.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

