Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri müzakirə olunub
20.08.2020 [08:55]
Avqustun 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Minlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Çin arasında qarşılıqlı anlaşmaya və etimada əsaslanan ən yüksəksəviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edən nazir Azərbaycan ilə Çin münasibətlərinin siyasi, iqtisadi-ticari, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluğunu ifadə edib.
Səfir Qo Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramova çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Ölkə rəhbərləri səviyyəsində səfərlərin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına təkan verdiyi qeyd olunub.
Tərəflərin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyi vurğulanıb.
Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verən nazir xüsusilə bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılan təxribat barədə danışıb. Ermənistanın bu növbəti təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara mane olmaq məqsədi güddüyünü bildirib.
Görüşdə səfir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.
Xanım səfir Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin fəaliyyətinin, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Prezidentinin irəli sürdüyü bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər, habelə qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizənin aparıldığı dövrdə beynəlxalq əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Çin tərəfindən göstərilən texniki dəstəyi vurğulayan nazir bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiqliyin bariz nümunəsi olduğunu qeyd edib, bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

