/ / Erməni ideologiyası xəyanət, satqınlıq və başqalarının torpaqlarını zəbt etmək niyyəti üzərində qurulub
Erməni ideologiyası xəyanət, satqınlıq və başqalarının torpaqlarını zəbt etmək niyyəti üzərində qurulub
04.09.2020 [09:35]
Bu bir həqiqətdir ki, təcavüzkar Ermənistanda faşizm ideologiyası artıq uzun illərdir dövlət siyasətinə çevrilib. Bunun da əsas səbəbi tarixboyu bu xalqın “tarixi şəxsiyyətləri”nin və “tarixi qəhramanları”nın onları fəlakətə aparmasıdır. Bu fakt isə dünyanın Herodotdan Strabona, Tomsondan Veliçkoya və Şopenə kimi onlarca görkəmli şəxsiyyətlərinin əsərlərində öz əksini tapıb. Bu, bütün dünyaya bəllidir. Məhz bu reallıqlar ermənilərin Andranik, Njde, Dro kimi faşist düşüncəli “qəhrəmanları”nın fəaliyyəti ilə bir daha təsdiq olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.
M.İbrahimqızı bildirib ki, həmin ənənə indi də davam edir və XXI əsrdə öz xalqını fəlakətə sürükləyən, onları faşist ideologiyasında tərbiyə edən Serj Sarkisyan, Nikol Paşinyan kimi “liderlər” yetişib. Bu fitnəkar və yalançı insanların simasında erməni xalqının milli ideologiyası formalaşıb. “Ermənistanda kim bu çərçivədən kənara çıxırsa, onun taleyi qaranlıqlara qərq olur. Erməni millətçilərinin ideologiyası xəyanət, satqınlıq, başqa xalqların tarixini, mədəniyyət və incəsənətini, hətta xalq qəhramanlarını oğurlamaq və mənimsəmək, böyük güclərin alətinə çevrilmək, hər cildə girmək kimi dəyərlər əsas prinsip kimi götürülür. Bu gün erməni siyasətçiləri, öndə gedən liderlər öz sələflərinin yolunu “sədaqətlə” davam etdirirlər. Yəni, Ermənistanda bu ideologiya elə qurulub ki, hər gələn yeni “xalq lideri” sələfinin yolunu davam etdirir. Baxın, Paşinyan Serj Sarkisyana, Ter Petrosyana düşmən kimi rəqibdir. Bu ideologiya və ənənə bütün dövrlərdə belə olub. Bir sözlə, faşist ideologiyası xalqın şüuruna elə həkk olub ki, bunun dəyişəcəyi çox çətin görünür”, - deyə deputat qeyd edib.
Vurğulanıb ki, Nikol Paşinyan özündən əvvəlki hakimiyyəti devirib baş nazir olanadək və hakimiyyətinin ilk aylarında sələfinə düşmən kimi baxırdı, onun yaxın adamlarını həbs etdirirdi. Paşinyan hakimiyyətə gələndə xalqa söz vermişdi ki, onu yaşadıqları ağır sosial vəziyyətdən çıxaracaq. Əslində, o, Qarabağ problemini ön plana çıxarmırdı. Çünki ölkədə aclıq, işsizlik hökm sürürdü və vətəndaşlar üçün Qarabağ deyil, sosial vəziyyətin yaxşılaşdırılması daha vacib idi. “Lakin qısa müddətdən sonra faşizmə xidmət edən bir insanın nəvəsi N.Paşinyan hakimiyyətinin də mahiyyəti elə faşizm ideologiyasından ibarət oldu. Bu gün Ermənistanda ağır sosial-iqtisadi vəziyyət gündən-günə daha da pisləşir. Lakin Paşinyan ölkəsindəki ağır vəziyyəti düzəltmək əvəzinə, Azərbaycanla sərhəd ərazilərdə hərbi təxribatlar törətməkdə davam edir”, - deyə M.İbrahimqızı diqqətə çatdırıb.
Paşinyanın Qarabağa səfərinin də təxribat xarakterli olduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, bu səfər Ermənistan hakimiyyətinin ölkəmizə qarşı yeni hücum planları qurduğunu, hərbi əməliyyatların yenidən bərpasına başlamaq niyyətində olduğunu deməyə əsas verir.
“Erməni siyasətçiləri və ideoloqları dəfələrlə dünya ictimaiyyəti qarşısında ifşa olunsalar da, utanıb çəkinmirlər. Bu yaxınlarda BBC televiziyasının “HARDtalk” proqramında həm N.Paşinyan, həm də həm də ölkənin Xarici İşlər naziri yalan və saxtakarlıqlarına, təcavüzkar siyasət apardıqlarına görə ifşa olundular. Amma onlarda utanan üz yoxdur. Erməni xisləti dəyişməz olaraq qalır. Çünki erməni ideologiyası xəyanət, satqınlıq və başqalarının torpaqlarını zəbt etmək niyyəti üzərində qurulub”, - deyə deputat bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş nazirini dəfələrlə ifşa etdiyini xatırladan Məlahət İbrahimqızı qeyd edib ki, dövlətimizin başçısının yüksək tribunalardan çıxış edərək məntiqi təfəkkürü, tarixi faktlar ilə Paşinyanı susdurması, pərt etməsi indi də danışılır. İşğalçı ölkənin rəhbəri və apardığı siyasət “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI toplantısında, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən dəyirmi masada dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Dünyanın gözündə gülüş hədəfinə çevrilən Paşinyan hakimiyyəti məhvə məhkumdur.
Azərbaycan əvvəl-axır öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki haqq da, ədalət də, qanun da bizim tərəfimizdədir.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

