Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və işğalçı ölkə Soros tərəfindən idarə olunur
22.09.2020 [08:34]
Ekspertlərin fikrincə, Azərbaycanda hər bir kiçik hadisəni şişirdən bəzi beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının Paşinyanın qurduğu diktatura rejiminin əməllərinə göz yumması da həmin faktorlarla əlaqədardır
Məlum olduğu kimi, təxminən iki il yarım əvvəl işğalçı Ermənistanda hakimiyyətə gələn qüvvələr “demokratiya” adı altında ölkədə əslində diktatura rejimi qurublar. İşğalçı ölkədə mövcud olan sosial-iqtisadi böhran, habelə pandemiyanın doğurduğu problemlər daxildə ictimai-siyasi gərginliyi artırsa da, Paşinyanın rəhbərlik etdiyi diktatura rejimi özbaşınalığını davam etdirir. Belə ki, hökumət tərəfindən ölkədə konstitusiyaya qanunsuz düzəlişlər edilir, siyasi repressiyalar həyata keçirilir. Qeyd edək ki, küçə adamından baş nazir pilləsinə qədər irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi “Soros” Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi və 2018-ci ildəki kütləvi aksiyaların arxasında da məhz həmin qüvvələrin dayandığı inkarolunmaz faktdır. Yeri gəlmişkən, sentyabrın19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev Ermənistanın Soros tərəfindən idarə edildiyini deyib: “Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır”.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin üzvü Kamran Bayramov Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını diqqətə çatdırıb: “Ermənistanın bugünkü rəhbərliyi “Soros” fondunun təsiri altında olan adamlardan ibarətdir. Paşinyan hakimiyyəti müstəqil qərar qəbul edə bilmir, çünki Ermənistanda söz sahibi Sorosdur. Yəni, bu günlərdə guya müstəqilliyinin 29 illiyini qeyd edən Ermənistanda əslində müstəqillik formal xarakter daşıyır və işğalçı ölkə faktiki olaraq xarici dairələr tərəfindən idarə olunur. Bu gün hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində vəzifə tutanların bir çoxu “Soros” fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Təsadüfi deyil ki, Rusiyadakı erməni diasporunun nümayəndələri də Paşinyanın Soros tərəfindən idarə edildiyini vurğulayırlar”.
Deputat deyib ki, xarici və yerli mətbuatın yazdığına görə, Ermənistanda strateji dövlət vəzifələrini “Soros” fondu ilə əlaqəli olan şəxslər ələ keçiriblər: “Məsələn, ABŞ-ın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar olub. Ədliyyə naziri Rüstəm Badasyanın namizədliyini “Soros” fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib. Təhlükəsizlik şurasında və xüsusi istintaq xidmətində də “Soros”un adamları var. Xüsusi istintaq xidmətinin rəisi S.Xaçaturyanın qardaşı “Soros” fondunun idarə heyətinin sədri, təhlükəsizlik şurasının katibi A.Qriqoryan isə “Transparency İnternational”ın yetirməsidir. Sorosun təşkilatlarının koronavirusa qarşı mübarizədə Ermənistana fəal köməyi də deyilənləri sübut edir. Məsələn, iyul ayında “Soros” fondu Ermənistana 600 min dollar ianə verib”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ramil Həsən də deyib ki, Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya “Soros” fondundan, ya “Transperensy İnternational”dən, ya da ki, o biri insan hüquqları təşkilatları ilə əlaqədar olan adamlardır.
“Təsadüfi deyil ki, bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Hablbuki Paşinyanın tanınmış siyasi və ictimai xadimlərə qarşı olan repressiv vasitələrdən istifadə etməsi və onları zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, aclıq edən jurnalist Mher Yeqizaryan həbsxanada ölüb, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb. Bütün bunlara heç bir beynəlxalq təşkilat reaksiya vermir. Avropa Şurası susur, Ermənistan üzrə məruzəçilər, “Amnesty International”, “Freedom House”, “Human Rights Watch” və digərləri susur. Çünki Soros həmin bu “hüquq müdafiəsi” təşkilatlarının sponsorudur. İndiki Ermənistan hakimiyyəti isə onun maraqlarını həyata keçirir”, - deyə Ramil Həsən bildirib.
R.Həsənin sözlərinə görə, Azərbaycanda hər bir kiçik hadisəni şişirdən bəzi beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının Ermənistanda diktatura rejiminin əməllərinə göz yumması da həmin faktorlarla, o cümlədən Soros tərəfindən maliyyələşmə ilə bağlıdır.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

