Çili agentliyi: Ermənistanın mülki insanları atəşə tutması vandalizmin daha bir açıq əlamətidir
13.10.2020 [08:51]
Çilinin “Infogate” xəbər agentliyində “Azərbaycan XİN Ermənistanın Ağdam və Tərtər rayonlarına atəşkəs şəraitində hücumlarını pisləyib” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə diqqətə çatdırılır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq Moskvada əldə edilmiş humanitar atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı ciddi şəkildə pozmaqda davam edir. Qeyd olunur ki, Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə tutulmuş, bir neçə saatdan sonra isə Ermənistan Hadrut və Cəbrayıl rayonlarına hücum etməyə cəhd göstərmişdir.
Məqalədə bildirilir ki, oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən xeyli uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutub. Bu hücum nəticəsində 9 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ağır yaralanıb.
Çili xəbər agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin və kəndlərin atəşə tutulmasını vandalizmin daha bir açıq əlaməti olduğunu və Ermənistan rəhbərliyi tərəfindən atəşkəs çağırışlarının ikiüzlülükdən başqa bir şey olmadığını yazır.
“Infogate” Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən edilən bu təcavüz aktlarını kəskin şəkildə pisləyən və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün qəti addımlar atmağa çağıran bəyanatına da istinad edir. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində mülki şəxslərin, evlərin, mülki obyektlərin və tibb işçilərinin məqsədyönlü bombardman edilməsi bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına və Cenevrə Konvensiyalarına məhəl qoymur, öhdəliklərini açıq şəkildə pozur və humanizm prinsiplərindən çox uzaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

