Milix Yevdayev: Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik
14.10.2020 [08:57]
“The Times of İsrail” saytında Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin “Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik” adlı məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin təzahürüdür. Azərbaycanda əsrlər boyu tolerantlıq olub, var və olacaq.
Biz dağ yəhudiləri də uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olub və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə edib. Azərbaycanı özünə doğma vətən bilən yəhudilər heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıblar. Biz azərbaycanlılarla doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyaya yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Onlar tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini günümüzə qədər qoruyub saxlayıblar.
Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanda tolerantlıq ənənələri Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlişindən sonra daha da möhkəmləndi. Bu mənada, Heydər Əliyev bir zirvə idi. Zirvənin əzəməti isə uzaqlaşdıqca aydın görünür. Ona görə illər ötdükcə Ulu Öndərin əzəmətini biz daha aydın görürük. Heydər Əliyev xalqımızın, məmləkətimizin arzuları ilə yaşayırdı. Bu gün isə Prezident İlham Əliyev Ulu Öndərin layiqli siyasi davamçısı olaraq, o arzuları həqiqətə çevirir. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif xalqların, millətlərin və konfessiyaların mədəniyyətinin, tarixinin, adət-ənənələrinin saxlanılması və qorunması ilə bağlı xüsusilə indiki dövrdə böyük işlər görülür. Bu məsələdə Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir.
Məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində qısa müddətdə Bakıda bizim üçün yeni və daha geniş sinaqoq inşa edilərək 2011-ci ilin martında istifadəyə verildi. Dünyada analoqu olmayan haldır ki, əhalisinin 96 faizi müsəlman olan bir dövlət yəhudilərə sinaqoq tikib. İcmamızın fəaliyyəti üçün daim dövlət tərəfindən maliyyə yardım ayrılır. Buna dünyanın heç yerində rast gəlmək mümkün deyil. Bu ibadətgah Azərbaycanda yaşayan dağ yəhudilərinə, ümumiyyətlə, bütün dünyaya yayılmış dağ yəhudilərinə möhtəşəm bir töhfədir. Həmin möhtəşəm töhfəyə görə Allah-Təalanın bizə verdiyi qismətdən istifadə edərək Prezidentə daim minnətdarlığımızı bildiririk.
Hər şabat günü biz Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə və onun ailəsinə dualarımızı Allahdan diləyirik.
Yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər. Biz dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik. Biz Azərbaycanın bir parçasıyıq, bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyildir. Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi Prezidenti var. Heydər Əliyev Azərbaycan üçün böyük bir xəzinə qoyub. Prezident İlham Əliyev isə xalqımıza göstərdiyi fövqəlbəşər xidmətlərlə bu xəzinəni daha da zənginləşdirir. Azərbaycanın Prezidenti öz fəaliyyətində millətimizə, bu məmləkətdə yaşayan bütün xalqlara arxalanır. Çünki həm Azərbaycanın, həm də hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab İlham Əliyev əlçatmaz yox, əlçatan bir Prezidentdir. Biz bunu daim görür və hiss edirik.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

