/ / Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
21.10.2020 [09:09]
Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua milli xəbər agentliyinin prezidenti təyin edilib.
AZƏRTAC xəbər verir ki, son bir neçə ildə Sinxuada nazir statusunda baş redaktor kimi çalışan Hi Pinq bu vəzifədə uzun illər agentlikdə informasiya buraxılışına rəhbərlik edib.
Xüsusi qeyd etmək lazımdır ki, Hi Pinq Sinxua ilə AZƏRTAC arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Onun başçılıq etdiyi nümayəndə heyəti 2018-ci ilin sentyabrında Azərbaycanda səfərdə olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə agentliklərimiz arasında səmərəli əməkdaşlığın dövlət başçıları İlham Əliyevin və Si Cinpinin ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı hədəflərinə uyğun olduğu vurğulanmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev Hi Pinqin rəhbərlik etdiyi Sinxua nümayəndə heyətini qəbul etmiş, iki ölkənin milli xəbər agentliklərinin yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmişdi. Hi Pinq Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi böyük önəmi xüsusi vurğulamış, bunun nəticəsində iki ölkənin əməkdaşlıq əlaqələrinin dərinləşdiyini bildirmişdi. Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyən Hi Pinq Sinxua ilə AZƏRTAC arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdı.
Hi Pinq Bakıda olduğu müddətdə paytaxtımızın tarixi yerlərinə baş çəkmiş, Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu ilə tanış olmuşdu.
Qeyd edək ki, Hi Pinqin Bakıya səfərindən bir neçə ay əvvəl - 2018-ci ilin iyun ayında Pekində AZƏRTAC ilə Sinxua arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişini Sinxua tərəfdən məhz Hi Pinq imzalamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun nəticələrinin icrası istiqamətində Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasına AZƏRTAC-ın təsisçi-üzv statusunda qoşulmasına da Hi Pinq dəstək verib.
AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində, AZƏRTAC-ın hazırda vitse-prezident olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edirlər. Sinxua AZƏRTAC-ın ölkəmizin inkişafı, Azərbaycanda baş verən yeniliklərlə bağlı ayda 10-15 xəbərini öz saytında yerləşdirir. Həmçinin Sinxua Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. AZƏRTAC-ın Çin dilində informasiyaları isə həm Sinxuada, həm də ölkənin digər nüfuzlu KİV-lərində yayımlanır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

