Siyasi birlik Azərbaycanın milli gücünü artıran strateji faktor kimi...
24.10.2020 [08:25]
50 siyasi partiyanın ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək göstərməsi Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsinin və xalqımızın milli həmrəylik nümayiş etdirməsinin göstəricisidir
Şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə təxribatçı və işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması və çoxlu sayda yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etməsi xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Eyni zamanda, Azərbaycan ictimaiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə birmənalı dəstək ifadə edir. Paralel olaraq 50 siyasi partiyanın ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək göstəməsi də Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsinin və xalqımızın milli həmrəylik nümayiş etdirməsinin bariz göstəricisidir. Şübhəsiz ki, bu siyasi birlik həm də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatların, siyasi dialoq prosesinin real nəticəsidir.
Çoxşaxəli islahatlar, yeni siyasi konfiqurasiya və demokratik inkişaf
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2020-ci il fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik və şəffaf parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bəhs olunan seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan, xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər.
Bununla yanaşı, söylənilən reallıqların fonunda digər mühüm məqamlardan biri həmin vaxt hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsidir. Bu təşəbbüs, yuxarıda qeyd edildiyi kimi, siyasi sistemin inkişafına əlavə təkan və töhfə olmaqla yanaşı, yeni siyasi münasibətlərin formalaşması baxımından, olduqca əhəmiyyətlidir. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət yanaşdılar. Bununla da, milli maraqları rəhbər tutan əsl müxalifət partiyaları hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə etdilər.
Siyasi dialoq prosesi milli həmrəyliyi gücləndirən mühüm amildir
Dialoq prosesi, eyni zamanda, siyasi birliyin və milli həmrəyliyin möhkəmlənməsinə, ölkənin siyasi ictimaiyyətinin ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinə çox mühüm töhfələr verib. Təqdirəlayiq haldır ki, artıq ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, əksər partiyalar və vətəndaş cəmiyyəti təsisatları taleyüklü məsələlərlə bağlı aparılan müzakirələrdə və onların həlli yollarının tapılmasında, ümummilli mənafeyə hədəflənən siyasətin reallaşdırılmasında fəal şəkildə iştirak edərək proseslərə öz töhfələrini verməyə çalışırlar. Yeri gəlmişkən, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar.
Siyasi partiyaların milli birlik nümayiş etdirməsi mühüm əhəmiyyətə malikdir
Xatırladaq ki, ermənilər bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın, əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılır. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
AXCP və “Müsavat” bir daha milli maraqlara zidd mövqe sərgilədi
Təəssüflər olsun ki, xalqımız üçün belə bir taleyüklü məqamda özlərini milli həmrəylikdən kənarda tutanlar da oldu. AXCP və Müsavat Partiyası bəhs olunan bəyanata qoşulmayaraq ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında maraqlı olmadıqlarını, milli mənafeyə zidd mövqe sərgilədiklərini nümayiş etdirdilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bu məqamlara toxunaraq “İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq”, - deyib.
Şübhəsiz ki, sözügedən partiyaların milli maraqlara, Azərbaycanın haqlı mübarizəsinə uyğun olmayan, antimilli xarakterli mövqeləri cəmiyyət tərəfindən ciddi narazılıqla və ikrah hissi ilə qarşılanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

