Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib
24.10.2020 [09:53]
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.
Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.
Spiker bildirib ki, bu ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonuna hücum etməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla qane olmadıqlarını, işğalın coğrafiyasını genişləndirməyə çalışdıqlarını ortaya qoydular.
Ermənilərin yeni torpaq iddiaları avqustda ölkəmizə kəşfiyyat-diversiya qruplarını göndərməklə yenidən tam ortaya çıxdı, onlar yeni müharibəyə hazırlaşdıqlarının mesajını verdilər. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçdilər. Azərbaycan Ordusu da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına, işğal altındakı torpaqları azad etmək üçün savaşa başladı.
Parlamentin Sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupunun 30 ildə heç bir önəmli addım atmadığını vurğulayıb. Spiker bildirib ki, Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri haqqında qətnamələrinə və digər beynəlxalq təşkilatların məsələ ilə bağlı sənədlərinə məhəl qoymadığını da Türkiyə oxucularının diqqətinə çatdırıb. Azərbaycanın bu gün öz ərazi bütövlüyünü rəşadətli Ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolunun qalmadığını bildirib.
Sahibə Qafarova deyib ki, Azərbaycanın müzəffər Ordusu ilə bacara bilmədiyini aşkar surətdə görən Ermənistan hələ də xain terrorçuluq əməllərindən əl çəkmir. İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, digər şəhər və rayonlarımızı ballistik raket atəşinə tutması buna bariz sübutdur. Bu əməllər nəticəsində onlarca mülki vətəndaş həlak oldu, 50-yə yaxın dinc sakin xəsarət aldı. Ölənlər arasında azyaşlı uşaqlar, məktəblilər və qocalar var.
Daha sonra Spiker Ermənistanın Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilmədiyi üçün öz məğlubiyyətinə müxtəlif don geyindirməyə çalışmasından, Ordumuzla bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürməsindən danışaraq deyib ki, Ermənistanın hərbi–siyasi rəhbərliyinin bu kimi iddiaları həqiqətdən tamamilə uzaqdır. Əksinə, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA, PKK ünsürlərinin, müxtəlif ölkələrdən gələn silahlı muzdluların olması faktlarla sübut olunmuşdur.
Müsahibədə Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycanın heç bir başqa dövlətin torpağında gözü yoxdur. Lakin, heç kəsin də Azərbaycan torpaqlarına göz qoymasına imkan verməyəcək. Biz öz Vətənimizi azad edirik və bu yolda sonuna qədər gedəcəyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Sahibə Qafarova müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün türk xalqının daim Azərbaycanın yanında olduğunu bəyan edib, bu dəstəyin xalqımız üçün çox dəyərli olduğunu bildirib.
Spiker bu günlərdə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun ölkəmizə səfərindən də danışıb. O, Mustafa Şentopun Milli Məclisin iclasında çıxış etməsinin, iclasdan dərhal sonra isə Gəncəyə yollanaraq oradakı vəziyyəti görməsi və insanları ziyarət etməsinin Türkiyənin Azərbaycana dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyib.
“Dost çətin gündə tanınar. Türkiyə də çətin gündə bizə dost və qardaş əli uzadan ilk ölkədir. Biz bu qardaşlığın sarsılmaz təməllər üzərində qurulduğuna və daim yaşayacağına inanırıq”, - deyə Milli Məclisin Sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

